Sosial 18.07.2019 15:27

Bakı-Quba yolu yenidən qurulacaq

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolu yenidən qurulacaq.

Rakus.az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.

A.Nəcəflinin sözlərinə görə, adıçəkilən avtmobil yolunun yenidən qurulması ilə bağlı lazımi işlər görülür: “Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun 132 kilometrlik Bakı-Gəndob hissəsində tikinti zamanı podratçıların işinə nəzarətin zəif olması nəticəsində buraxılan konstruktiv səhvlər, o cümlədən layihədə nəzərdə tutulmuş ərazilərdə qrunt sularının ötürülməsi üçün drenaj sisteminin pis tikilməsi və ya ümumiyyətlə olmaması, həmçinin Qubadan Bakı şəhərinə doğru normadan artıq yüklənmiş yük maşınlarının hərəkəti nəticəsində yolun monolit-beton örtüyündə çatlar əmələ gəlib, dağılmış hissələr meydana gəlib. Bu isə əhalinin haqlı narazılığına səbəb olub”.

Qurum rəsmisi deyib ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi çalışır ki, yolda təmir-bərpa işlərini həyata keçirsin. Lakin yol artıq əsaslı şəkildə yenidən qurulmalıdır: “Yolun müəyyən hissələrində cari təmir işləri həyata keçiririk. Amma bu, həmin yolda yaranan problemin müəyyən qədər həll edilməsi üçün edilir ki, avtomobillərin hərəkətində ciddi problem yaşanmasın. Bununla bağlı aidiyyəti qurumlar məlumatlandırılıb. Yaxın vaxtlarda həmin yolun əsaslı şəkildə yenidən qurulması istiqamətində addımlar atılacaq”.

A.Nəcəfli bildirib ki, bununla yanaşı, Bakı-Quba-Rusiya sərhədi istiqamətində yeni yol inşa edilir: “Həmin yol Hacı Zeynəlabdin Tağıyev qəsəbəsindən, yəni Bakı-Quba Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən başlayaraq Rusiya sərhədinə qədər davam edir. Bu yolun ümumi uzunluğu 152 kilometrdir. Yolun 2021-ci il ərzində yenidən qurularaq istifadəyə verilməsi planlaşdırılır. Yol müasir standartlara cavab verən 1-ci texniki dərəcəli olacaq. Bu yol istifadəyə veriləndən sonra mövcud olan Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun Bakı-Gəndob hissəsinin yenidən qurulması nəzərdə tutulur”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO