Maraqlı 19.07.2019 08:45

BÜRCLƏR – 19 iyul

Qoç – günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil.

Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır.

Buğa – yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz.

Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Əkizlər – sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın.

Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın.

Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin.

Axşam saatlarında stressdən qurtulun.

Xərçəng – günün ilk yarısından etibarən tələsmədən fəaliyyət göstərin. Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın.

Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın.

Maraqlarınızı kimsəyə qurban verməyin.

Sayıq olun.

Şir – günün ilk yarısında kənar şəxslərin həyatınıza kobud müdaxiləsinə imkan verməyin. Evdə qalmayın, fəaliyyətinizi genişləndirin. Məişət və təsərrüfat problemlərini sürətlə nizamlayın. Süst, ətalətli olmayın.

Günün ikinci yarısında dostlarla, tərəfdaşlarla, şəriklərlə görşün. Sizi maraqlandıran məsələlərdən biri ilə bağlı onlar yaxşı məsləhət verə bilərlər. İzafi dərəcədə inadkar, aqressiv olmayın. Əks halda ailə üzvlərindən biri ilə münaqişə istisna deyil.

Qız – emosiyalar, hisslər, duyğular bu gün düşməninizə çevriləcək. Ən ağır situasiyada, ən çətin vəziyyətdə soyuqqanlı davranın. Sizi narahat edən məsələlərdən birini etibar etdiyiniz insanla nəzərdən keçirmək olar. Yardım təkliflərini rədd etməyin. Dəyər verdiyiniz şəxs sizi dəstəkləyəcək.

Günün ikinci yarısında yollarla maksimum dərəcədə ehtiyatlı olun. Nasazlıq, cərimə istisna deyil. Uzaq yola yaxşı hazırlaşmamış çıxmayın. Maddi durumunuza tam nəzarət edin.

Axşam saatlarında normal istirahət edin.

Tərəzi – fərdi yaşamınızla bahəm, işgüzar fəaliyyətinizdə problemlər yarana bilər. Çətinlikləri dərhal həll etməyə çalışmayın. Səbrli, təmkinli olun. Yeniləşən şəraitdə və dəyişən situasiyaya uyğunlaşın. Ötən zamanların bir daha qayıtmayacağını düşünərək nisgilə qapılmayın.

Günün ikinci yarısında maliyyə məsələlərinin çözümündə mümkün qədər diqqətli olun. Aldığınız mal və ya məhsulu diqqətlə nəzərdən keçirin. İşlərdə sürəkli təftiş zamanı deyil.

Riskli anlaşmalara, avantüralara qatılmayın. Maliyyə imkanlarınızı olduğundan artıq göstərməyə çalışmayın.

Əqrəb – hisslərinizi kontrolda saxlayın. Əməlləriniz əvvəlcədən hazırlanmış plan çərçivəsindən çox kənara çıxmamalıdır. Sayıq olun, qarşınıza çıxan maneələri araşdırmamış onları dəf etməyə can atmayın. İradəli olun, mövqelərinizdən əsla geri çəkilməyin.

Günün ikinci yarısında cari məsələlərin həlli ilə məşğul olun.

Yaxın ətrafınızdakılarla ünsiyyətdə hisslərin əsiri olmayın. Mübahisələrdə sözlərinizə fikir verin. Aqressiya və ya ifrat sərtlik yolverilməzdir.

Axşam saatlarında gəzintiyə çıxmaq olar.

Oxatan – təşəbbüslər və yeni layihələr üçün uğurlu zaman deyil. Texnika, avadanlıqla bağlı məsələlərdə maksimum diqqətli davranın. Ehtiyatsızlıq ciddi travmalara səbəb ola bilər.

Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla münasibətlərdə qayğını, həssaslığı unutmayın. Yardıma ehtiyacı olan qohumunuza kömək edin. Emosiyalara qapılaraq düşünülməmiş addım atmayın. Qəfil hərəkət, nagahani əməl sonradan peşmançılıq hissi yarada bilər.

Axşam saatlarında gəzintiyə çıxın.

Oğlaq – parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır.

Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

Dolça – günün ilk yarısından etibarən neqativ hisslər sizi çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz. Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın.

Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz, aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın.

Axşam saatlarını özünüzə həsr edin.

Balıqlar – ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz.

Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin – bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz . (Milli.az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO