Maraqlı 22.07.2019 08:45

BÜRCLƏR – 22 iyul

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları “Horoscope” və “Astrology”yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç – ədalət və haqların təminatı ilə bağlı problemlər ön plana keçəcək. İddialarınızla bağlı məqamları həll edin. Qohumlar, dostlar arasında mübahisələr olacaq.
Yaxın ətrafınızdakı insanlarla münasibətləri korlamayın.
Günün ikinci yarısında müzakirə zamanı hədsiz emosionallıq əlaqələrin kəsilməsinə səbəb olmamalıdır. Aqressiv, kobud olmayın.
Önəmli saydığınız məqamı danışıqlar yolu ilə çözə bilmirsinizsə, müzakirələri dayandırın. Məşğul olduğunuz işin təfərrüatlarına fikir verin, detalları nəzərdən qaçırmayın.

Buğa – böyük həcmli işlərə hazır olun. Günün ilk yarısından etibarən, çox yəqin ki, bir məsələnin həlli ilə məşğul olmaq gərəkdir. İkinci dərəcəli işləri təxirə salın. Yollarda xüsusilə diqqətli olun.
Günün ikinci yarısında qəza vəziyyəti yaratmayın. Çalışdığınız sahədə qərarları təcili, təxirəsalınmaz şəkildə verin.
Ailə üzvlərindən birinin problemi var. Həmin problemin çözülməsi çox vaxt apara bilər. Laqeyd olmayın.

Əkizlər – günün ilk yarısında hər şey yaxşıdır. Narahatlıq və nigaranlıq üçün heç bir səbəb yoxdur. Nəzərdə tutduğunuz layihəni reallaşdırmaq gözlədiyinizdən də asandır. Dostlar sizə yardım edəcəklər. Onlar problemlərin həllinin yeni variantını təklif edəcəklər. Ən yaxşı məziyyətlərinizi nümayiş etdirin.
Günün ikinci yarısı yeni tanışlıqlar üçün əlverişlidir.
Təxəyyülə qapılmayın, illüziyalara aldanmayın. Yaşanan olayları bədbin çalarlarda görməyin. Nikbin olun. Problemlərin həllində yaradıcı olun.
Axşam saatlarını əyləncəyə həsr edə bilərsiniz.

Xərçəng – mürəkkəb, qarışıq gündür. İntellektual yük fiziki işlərlə müşayiət olunacaq. Ciddi emosional sarsıntı istisna deyil. Diskomfort vəziyyətdə ruhdan düşməyin.
Günün ikinci yarısında maliyyə vəsaitinizin qədrini bilin. Biznes, karyera ilə bağlı önəmli qərarları verəndə tələsməyin. Alış-verişdə bədxərclik etməyin.
Məişət zəminində qarşıdurmaya, münaqişəyə ehtiyac yoxdur. Təmkinli davranın.

Şir – günün ilk yarısında çətinliklər az olmayacaq. Qarşınıza qoyduğunuz məqsəddən imtina etməyin. Hədəfə sürətlə çatmağı ağlınızdan da keçirməyin. Qətiyyətli və iradəli olun, əzmkar davranın. İşin müqabilində əldə edəcəyiniz mükafat pis olmayacaq. Yaşlı qohumlarla ünsiyyətdə fayda var.
Kömək üçün müraciət edən insana yardım edin. Təcrübənizi bölüşməkdən çəkinməyin.
Günün ikinci yarısında maliyyə məsələlərini həll etməyə başlayın. İşgüzar intuisiyanız sizi yanıltmayacaq. Səfər və ya səyahət pis alınmayacaq. Evdən uzaqda yeni təəssüratlar istisna deyil.

Qız – yaxın gələcəkdəki perspektik işlərin bünövrəsini bu gün qoymaq gərəkdir. Keçdiyiniz yola nəzər salın, səhvlərin təkrarlanmaması üçün zəruri addımlar atın. Ənənəvi məşğuliyyəti yeniləmək, fərqli sahələrdə sınaq keçirmək olar.
Günün ikinci yarısında maraqlandığınız insan barədə az da olsa, məlumatlar əldə etməyə can atın. Belə kiçik eksperiment belə, dəyişikliklərə hazırlıq səviyyəsinizi aşkarlayacaq.
Yaxınlarınız sizə dəstək verəcəklər. Depressiyaya qapılmayın, ruhdan düşməyin.

Tərəzi – resurslarınızı olduğundan artıq qiymətləndirməyin. Can atdığınız məqsədə maksimal sürətlə irəliləmək üçün gərəkli variantlardan praqmatikcəsinə yararlanın. Əsas diqqəti aktual işlərin görülməsinə yönəldin. Bu işlərin nəticəsi prosesə təsir edir.
Günün ikinci yarısında eyni vaxtda bir neçə iş görməyin. Belədə diqqətsizlik və ehtiyatsızlıq ucbatından yanıla bilərsiniz.
Axşam saatlarını ailə üzvlərinə ayırın. Səmimi, qayğıkeş olun.

Əqrəb – yaxşı, rəvan, asudə gündür. İşdə həmkarlar və rəhbərliklə fikir ayrılıqları ola bilər. Cari işlərin, rutin proseslərin ciddi müdaxiləyə ehtiyacı yoxdur.
Günün ikinci yarısında təşəbbüslərinizi yaxın ətrafınızdakı insanlar sizi anlamayacaqlar. Əməyiniz yetərincə dəyərləndirilməyəcək. Dəyər verdiyiniz insanla əlaqələri sərinlətməyin.
Kiçik anlaşılmazlıqlar böyük mübahisələrə səbəb olmamalıdır.

Oxatan – səhər saatlarından etibatən tərəfdaşınızla problemlər yaratmayın. Həmkarlarla, şəriklərlə rəvan, normal münasibətlər qurun. Mübahisələri və fikir ayrılıqlarını qarşılıqlı anlaşma yolu ilə həll etməyə çalışın.
Günün ikinci yarısında əvvəlki anlaşmalar və müqavilələrin pozulması istisna deyil. Nə isə deməzdən əvvəl yaxşı fikirləşin. Düşünüb-daşınmadan qəti qərar verməyin. Bəzi məsələlərin həllini ertələyin.
Axşam saatlarında diqqətli olun.

Oğlaq – çalışdığınız sahədə problemlər yaradacaq. Dəyər verdiyiniz insanlardan biri ilə fikir ayrılığı, mübahisə istisna deyil. Təmkinli, soyuqqanlı olun. Emosiyaların köləsinə çevrilməyin.
Günün ikinci yarısında, onsuz da, çətin vəziyyəti daha da ağırlaşdırmayın. Stress və gərginlikdən qurtulmaq üçün diqqətinizi işə yönəldin. Müzakirə olunan məsələlərdə ortaq məxrəcin əldə olunması üçün müəyyən güzəştlərə ehtiyac var.
Axşam saatlarında evdəki vəziyyət normallaşacaq.

Dolça – kiçik, amma cansıxıcı işlər az olmayacaq. Məişət qayğılarının sayı çoxdur. Qüvvə və potensialınızı yanlış dəyənləndirməyin ki, sonradan səhvlərin nəticələrini aradan qaldırmaq zərurəti ilə üzləşməyəsiniz.
Günün ikinci yarısında resurs qıtlığı, yorğunluq yeni işə başlamağa mane ola bilər. Yaxın ətrafınızdakı insanlardan biri sizə maneələr yaratmağa çalışır. Beləsinin cəhdlərini dezavuasiya edin.
Təcrübəsiz, amma lovğa və təkkəbbürlü insanların “məsləhət”lərinə inanmayın. Yaltaqlardan uzaq durun.

Balıqlar – günün ilk yarısından etibarən proseslər gərgin və qarışıq olacaq. Çətinlikləri ənənəvi, adət etdiyiniz vasitələrlə həll etmək asan deyil. Bəzi mühüm məsələləri təxirə salmadan, dərhal çözmək gərəkdir. Maneələri dəf etmək üçün çox vaxt yoxdur.
Günün ikinci yarısında avadanlıq və texnikada problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanların sərt iradlarına, tənqidlərinə aqressiv reaksiya verməyin. Axşam saatlarında normal istirahət etməyə çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO