Mətbuat 22.07.2019 12:59

“Cənub xəbərləri” cənubun aynasıdır - FOTO

 

Hər anın öz hökmü, hər günün öz gündəmi var. Bu gün milli mətbuat günü olduğu üçün bilirəm ki, mətbuatımızdan, müasir jurnalistikadan danışanların sayı da çox olacaq. Kimisi mətbuatımızın bugünkü durumunu pisləyib, jurnalistləri qınayacaq, kimisi də qazanılan uğurlardan danışacaq. Bu çoxluğun içində qürbətdə yaşan bir qələm adamı kimi mən də bir neçə kəlmə söyləmək istəyirəm. Axı uzaqdan baxanda dağın əzəməti, gözəlliyi daha aydın görünür…

Kim deyir ki, Azərbaycanda mətbuat azadlığı yoxdur? Əgər bir ölkədə hər hansı bir vətəndaş istədiyi zaman qəzet təsis edib, onlayn media yaradıb onu yayımlaya bilirsə, demək həmin ölkədə mətbuat azadlığı var. O ki qaldı jurnalistikaya, məgər Azərbaycan mətbuatında gedən yüzlərlə tənqidi yazının tirajlanması söz azadlığından xəbər vermirmi? Bu jurnalistikanın uğuru deyilmi? Əgər bir ölkədə söz azadlğı olmasaydı, kimsə bunu edə bilərdimi? Tənqidi yazılara qarşı təzyiqlərə gələndə isə bir məsələni qeyd etməliyəm ki, Amerikanın özündə də tənqid olunan kəs, tənqid edənə “sağ ol” söyləmir…

Bəli, Azərbaycan jurnalistikası bu gün öz qarışıq dövrünü yaşayır. Buna da səbəb təsadüfü adamların, qeyri peşəkarların bu sahədə olmasıdır. Qərəzli tənqidlər, təhqir dolu yazılar baş alıb gedir. Jurnalist hansısa oyunun iştirakçısına çevrildisə, artıq səmimiyyətdən, peşəkarlıqdan söhbət gedə bilməz…

Son illər Amerikadan izlədiyim saytlar içərisində, yəqin ki, əslən cənub bölgəsindən olduğumdan, cenubxeberleri. com saytına daha çox diqqət yetirirəm. Daha doğrusu, bu sayt Azərbaycandan daim izlədiyim 10-15 saytdan biridir. Saytın rəhbəri isə cənub bölgəsinin tanınmış, qocaman jurnalisti Zahir Əmənovdur. Bu gün, mətbuat günündə Zahir Əmənovu xatırlamağım əbəs deyil. Mətbuat bayramı ərəfəsində nəzər yetirdiyim saytlarda əsasən paytaxt jurnalistlərindən, onların mükafatlandırılmasından bəhs olunur. Sanki bizdə region mətbuatı yoxdur. Bəli, Zahir Əmənovun rəhbərlk etdiyi “Cənub xəbərləri” qəzetinin fəaliyyəti ən azından bir diplom işinin və yaxud dissertasiyanın mövzusudur…

Yaxşı yadımdadır, təxminən 2005-ci il olardı. Zahir Əmənov Yardımlıda oxucuları ilə görüş keçirirdi. Oxuculardan biri yazılardan kövrələrək baş redaktora bildirdi ki,- “Siz bu qəzetlə yatmış vicdanları oyadırsınız”…

İllər boyu izlədiyim bu qəzetdə nələr yox idi? Cənubun tarixinin açılmamış səhifələri, abidələri, unudulmuş unudulmazları haqqında məqalələr, məmurların, rayonun ən yüksək çinli rəhbərlərinin iç üzünü açan kəskin, güzəştsiz yazılar və s.
Bu qəzetin “Çəpərüstü söhbətlər” rubrikası tamam bir özgə aləm idi. “Qıza!” deyə çəpər üstündə söhbətləşən iki qadın daha nələrdən danışmırdılar? Zarafata salıb cənubdakı pərdə arxası mətləbləri elə şirin dillə oxuculara çatdırırdılar ki, hətta orada tənqid olunanların özlərinin belə oxuyarkən dodaqları qaçırdı. Bu yaxınlarda isə sanki bu söhbətlərin davamı kimi saytda “Kökə köşələr” ribrikası açıb, oradan atmacalar atır…

Ümumiyyətlə “Cənub xəbərləri” regionda çox məşhur qəzetdir. Səhv etmirəmsə 2012-ci ildə AJB və “Yeni Nəsil Jurnalistlər Birliyi” bu qəzeti region qəzetləri arasında “İlin qəzeti” elan etmişdi. Deyəsən, Zahir müəllim həm də “Zərdabi mükafatı”na da layiq görülüb. Eləcə də bir neçə beynəlxalq yazı müsabiqəsində araşdırma yazılarına görə mükafat alıb.
2008-ci ildə həmin bölgədə növbəti müstəqil qəzeti -“Yardımlının səsi”ni yaradanda mənə ilk dəstək verən, ruhlandıran da Zahir müəllim oldu. Böyük çətinliklə yaratdığım “Yardımlı Xeyriyyə Cəmiyyəti” haqqında bir səhifəlik yazı dərc etdi…

Artıq Zahir müəllim yaşa dolub. Bildiyim qədər şəkərli diabetdən əziyyət çəkir. Eşitdiyimə görə, bu il iki dəfə gözündən əməliyyat olunub. Maliyyə çətinliyinə görə “Cənub xəbərləri” qəzetini də dayandırıb. Lakin bütün bunlara baxmayaraq, qələmi yerə qoymayıb – CENUBXEBERLERİ. COM saytını işlədir, oradan öz sözünü deməyə davam edir.
Bu sayt aparıcı paytaxt saytları ilə ayaqlaşmaqda çətinlik çəksə də, regionda deyərəm ki, ən çox oxunun saytdır. ABŞ-da ən azı 20-dən artıq həmyerlimizin bu saytı izlədiyinin şahidiyəm.
Bu günlərdə Zahir müəllimlə telefon söhbətində, daha doğrusu bayramını təbrik edəndə, söhbətarası soruşdum ki, saytınıza gündəlik baxış sayı nə qədərdir? Doğrusu, haradasa “5-10 min baxış” cavabını gözləyirdim. Amma Zahir müəllim dedi ki, son vaxtlar gündəlik baxış 35-40 min arası olur. Bir az şübhə ilə yanaşdığımı görüb, dərhal “google analytics”-in nəticələrini mənə yolladı. Təkcə 19 iyul 2019-cu il tarixində sayta baxış sayı 38 min 240 idi. Bu bir region saytı üçün balaca rəqəm deyil.
Nəzərə alanda ki, Zahir müəllim bu işləri təkbaşına, eləcə də müəyyən sıxıntılar və təzyiqlər şəraitində edir, heyrətlənməmək olmur…

Bəli, Zahir müəllim peşəkar jurnalistikanın sirlərini yaxşı bilir, araşdırma yazıları, tanınmışlar haqqında təqdimatları, duzlu-məzəli atmacaları ilə hələ də region mətbuatının şirinliyini qoruyur. Çox zarafatcıl, çox məlumatlıdır, hər sahəyə maraqlı yanaşması var. Bir sözlə, Zahir müəllim bölgədə yaşayıb yaradan, dediyi sözə, yazdığı hər yazıya böyük tələbkarlıqla yanaşan tək-tük region jurnalistlərindən biridir. Belələrini qorumaq, onlara dəyər vermək, dəstək olmaq hamımızın borcudur…

Sonda Zahir Əmənovu mətbuat günü münasibəti ilə ürəkdən təbrik edir, Ona möhkəm can sağlığı və yaradıcılıq uğurları arzulayıram. Möhkəm dayan, qardaşım. Hər qaranlıq gecənin bir işıqlı sabahı var!..

Elman Eldaroğlu,
ABŞ, Miçiqan

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO