Hərbi 23.07.2019 16:45

Əsgərlərimiz belə hərbi hissələrdə xidmət edir - FOTO

 

Atəşkəsin hökm sürdüyü müharibə şəraitində yaşayan xalqımız düşmənin mütəmadi hərbi təzyiqlərinə məruz qalır. Belə ki, ikitərəfli rəsmi atəşkəs rejiminin elan olunmasına baxmayaq düşmən gün ərzində dəfələrlə torpaqlarımızı atəşə tutsa da igid əsgərlərimiz tərəfindən yerindəcə susdurulur. Bu mənada müstəqil respublikamız bu gün Azərbaycan Ordusuna arxalanır. Bəs görəsən ordumuzun şəraiti necədir ?

Müdafiə naziri, general-polkovnik Zakir Həsənov ötən ay bir qrup media nümayəndəsi ilə keçirdiyi görüşdə ordumuzun real durumuna, döyüş qabiliyyətinə, hazırlığına, təlimlərinə real faktlarla aydınlıq gətirdi. Bildirdi ki, Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, qayğısı və köməkliyi sayəsində son illər orduda güclü islahatlar aparılmaqdadır. Çünki ordumuz dövlət başçısının göstərişlərinə hər an hazır olmalıdır.

Orduda həyata keçirilən bir sıra tədbirlərlə yanaşı yoxlamaların da davam etdirilməsi müsbət haldır. Müdafiə nazirinin göstərişi və şəxsən özünün də iştirakı ilə belə yoxlamaların aparılması dəyərləndirilməlidir.

Xalqımız tərəfindən orduya son dərəcə həssəslıqla yanaşıldığından demək olar ki, hər bir ordu xəbəri vacibliyi ilə seçilir. Bu mənada bir əsgər valideyni kimi N saylı hərbi hissədəki mövcud şəraitlə yerində tanış oldum.

Məlumat üçün bildirim ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən orduya göndərilən çağırışçılar hərbi hissəyə daxil olan andan prosedur qaydalara uyğun olaraq ilkin surətdə tibbi müayinədən keçirlər.

Bundan sonra onlar birbaşa anbara gedərək hərbi geyimlərini götürüb yuyunma və soyunub-geyinmə otağıda üz tuturlar. Bölmələrə bölünən əsgərlər kazarmalarla tanışlıqdan sonra rejimə əsasən yeməkxanaya daxil olurlar. Bu andan demək olar ki, onların rəsmi əsgərlik həyatı başlayır. Şəraitlərinə gəlincə isə.. Bu barədə hərbi hissəyə fotoların gözü ilə baxmaq daha münasibdir. Təmizlik, qayda-qanun, şərait göz önündədir. Məhz bu səbəbdən də əsgərlərin çoxu hərbi hissəni uşaq bağçalarındakı şəraitlə eyniləşdirir. “Bura uşaq bağçasını xatırladır” deyimi əsgərlərin dilindən düşmür. Təbii ki, onlar bununla hərbi hissədə olan şəraiti nəzərdə tuturlar. Fotolar  isə hərbi hissənin real şəraitininin məntiqi göstəricisidir.

Yeməkxana tam müasir şəraitdədir, kazarmalar, hamam və tualetlər, təlim meydançaları, dərs və idman otaqları son dərəcə təmizdir.  Yeməklər aparılan islahatlara uyğun olaraq qadınlar tərəfindən hazırlanır. İdman otaqlarına xüsusi avadanlıqlar quraşdırılıb. Bir sözlə, belə şəraitdə əsgərin üzərinə yalnız bir vəzifə düşür: Hərbi sirləri, silah və texnikanı, döyüş sursatlarını mükəmməl öyrənməklə Vətənə layiqincə xidmət etmək.

Mikayıl Nərimanoğlu,
Baş redaktor, Əməkdar jurnalist 

 

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO