Sosial 24.07.2019 12:17

Düşüncə geriliyimzin də davamı gələcək… – Fazil Mustafa

Milli Mətbuat gününü təntənə ilə qeyd etdiyimiz bir vaxtda millət vəkili Fazil Mustafa “Əkinçi”nin bağlanmasının əsas səbəblərinə toxunmaqla bu günümüzlə o dövrü təhlil edib.

Rakus.az millət vəkilinin bu fəlsəfi düşüncələrini nəzərinizə çatdırır.

İrançı zehniyyətə, fars dini ənənəsinə qarşı çıxan böyük milli aydınımız Həsən bəy Zərdabiyə fars-səfəvi mədəniyyətinin təsiri altında olan Azərbaycan cəmiyyətinin böyük əksəriyyəti nifrət edirdi. “Əkinçi” həm də ona görə yaşaya bilmədi ki, o xalqın ənənəvi identikliyinə qarşı çıxırdı və böyük hücumlara məruz qalırdı. 22 iyul 1875-ci ildə çıxan “Əkinçi”nin öz əkdiyi məhsulu yığmadan 1877-ci ildə bağlanmasının da əsas səbəbi burada yatırdı. Hətta fars-səfəvi düşüncə mirasına bağlılığı olan böyük mütəfəkkirimiz Əhməd bəy Ağaoğlu belə Parisdə oxuduğu zaman özünün “Persiya cəmiyyəti” məqaləsində Həsən bəy Zərdabini yeni türk ədəbi dilini təşviq etməklə xalqımızı ənənəvi dəyərlərinə real təhlükə yaratmaqda ittiham edirdi. O zaman Əhməd bəy Ağaoğlu fars-səfəvi düşüncə mirasının Paris və Londonda elmi təbliğini aparırdı. Sonradan Əhməd bəy məhz bu düşüncənin Azərbaycan xalqının taleyində yaratdığı fəlakəti, qaranlığı, gerizəkalılığı anlayaraq Həsən bəylə eyni hədəfə doğru yürüdü və böyük bir milli miras buraxıb getdi.


Bu gün də kulislərdə, sosial şəbəkədə fars-səfəvi düşüncəsinin odlu müdafiəçiləri olanlar hər nə qədər uca səslə bizim Mirzə Fətəli, Seyyid Əzim, Həsən bəy Zərdabi, Əhməd Bəy Ağaoğlu, Sabir, Mirzə Cəlil, Məhəmməd Əmin bəy, Əlimərdan bəy deyibən bağırsalar da, hamısı ucdantutma onların düşüncə mirasına səmimiyyətsizlik edənlərdir. Onların varislərisinizsə, onların qanları, canları bahasına sağaltmaq istədiyi bu xəstəliyi siz necə həvəslə vücudunuzda, zehninizdə yaşada bilərsiniz? Əgər 21-ci əsrdə olan bir azərbaycanlının əqli inkişafı 18-ci əsrin böyük dühası və modern universitet təhsili olmayan Nadir şahın sağlam düşüncəsinin cüzi bir hissəsinə yetişmirsə, torpaq itkisi ilə yanaşı daha irəlidə düşüncə geriliyimzin də davamı gələcək…

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO