Sosial 24.07.2019 19:28

Naxçıvana gedən avtobuslar İranda yoxlamadan keçirilməyəcək - FOTO

Azərbaycan-İran gömrük xidmətləri arasında əldə olunan razılığa əsasən iyulun 24-dən etibarən Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə səfər edən sərnişin avtobusları daha tez mənzil başına çatacaq və sərhədkeçmə prosesi zamanı tətbiq edilən gömrük nəzarəti yoxlamaları azaldılacaq.

Rakus.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin birgə yaydığı məlumatda deyilir.

Bildirlir ki, əvvəllər sərhədi keçən avtobuslar hər iki ölkənin gömrük postlarında ümumilikdə 4 dəfə gömrük nəzarətindən keçirilir və bu zaman həm də sərnişinlərin əl yüklərin dəfələrlə yoxlanılırdı. Bu da vaxt itkisi ilə yanaşı, xüsusilə gecə reyslərində səyahət edən sərnişinlər üçün diskomfort vəziyyət yaradırdı.

Son bir il ərzində İran İslam Respublikasının gömrük xidmətinin rəhbərliyi ilə Bakıda və Naxçıvanda keçirilən ikitərəfli görüşlərdə Dövlət Gömrük Komitəsinin rəhbərliyi tərəfindən bu məsələnin həlli istiqamətində dəfələrlə müvafiq təkliflər irəli sürülüb. Eyni zamanda, NRYTN yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən İran İslam Respublikasının müvafiq qurumları qarşısında məsələ qaldırılıb. Aparılan danışıqların və həyata keçirilən tədbirlərin nəticəsi olaraq iyun ayının 13-ü 2019-cu ildə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində birgə komissiyanın növbəti iclasında Bakı-Naxçıvan-Bakı marşrut xətti üzrə hərəkətdə olan avtobuslardakı əl yüklərinin sərhəd keçid məntəqələrində yoxlanma prosedurlarında dəyişikliyə dair razılıq əldə olunub.

Razılığa əsasən, Azərbaycan tərəfdə gömrük nəzarətindən keçirilən avtobuslar və sərnişinlərə aid yüklər xüsusi nömrələr və plomblarla təmin olunduqdan sonra İran ərazisinə daxil olur. İki ölkənin gömrük orqanları arasında imzalanan memoronduma əsasən Azərbaycan qarşı tərəfə avtobusların yük yerlərində qaçaqmal faktı təşkil edən və İran ərazisində dövriyyəsi qadağan edilən malların olmadığına dair təminat verdiyi üçün avtobuslar İran İslam Respublikasında artıq gömrük yoxlamasından keçirilmir.Beləliklə, İran ərazisinə daxil olan avtobusun heç bir əlavə yoxlama aparılmadan sürətli şəkildə gömrük postlarından keçidi təmin olunur.

İyulun 24-də yeni qaydaların tətbiqi çərçivəsində iki ölkənin gömrük orqanlarının nümayəndələri arasında görüş keçirilib. Bu gün səhər saat 09:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Bakı-Naxçıvan-Bakı marşrutu ilə yola düşən avtobus saat 11:30-da Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postuna çatıb. Postun ərazisinə daxil olan sərnişin avtobusunun sərhədkeçmə prosesi hər ölkənin gömrük xidmətinin nümayəndələri tərəfindən izlənilib. Sərnişinlərə məxsus əl yükləri yoxlanıldıqdan və müvafiq nömrələrlə təmin edildikdən sonra avtobusun yük yerinə yığılıb və nəqliyyat vasitəsi gömrük təminatı vurularaq yola salınıb. Daha sonra nümayəndə heyətlərinin üzvləri İran tərəfə keçərək buradakı gömrük postunda həyata keçirilən prosesləri müşahidə ediblər.

Xatırladaq ki, tərəflər arasında keçirilən görüş zamanı iki ölkə arasında gömrük sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, tranzit dəhlizlərinin potensialının artırılması, gömrük prosedurlarının sadələşdirilməsi və digər məsələlər ətrafında da müzakirələr aparılıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO