İdman 26.07.2019 11:00

Bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi – Bubnov

“Tulanın tarixindəki ilk avrokubok oyununda “Arsenal”ın ön xəttinin liderlərinin gedişindən sonra gözlənilən də baş verdi. Komandanı texnikalı, rəqibi təkbətək mübarizədə aldada bilən Bakayev və Mirzov, həmçinin işin öhdəsindən tək gələn Corceviç tərk edib”.

Rakus.az xəbər verir ki, bunu Rusiya futbolunun veteranı Aleksandr Bubnov deyib.

Sabiq futbolçu Avropa Liqasının II təsnifat mərhələsinin “Arsenal” (Rusiya) – “Neftçi” matçını şərh edib. O, bakılıların səfərdəki 1:0 hesablı qələbəsi daha yaxşı oynamaqları ilə bağlayıb: “Problemlərə Kanqvanın zədələnməsi də əlavə olunub. Nəticədə “Arsenal” hücumda oturuşmuş komanda təsiri bağışlamırdı. Komandanın hücumları xaotik alınır, nadir hallarda qapıya zərbə ilə başa çatırdı. İlk yarının sonlarında buraxılan qol üzücü alındı və heç bunun yeri deyildi. Qonaqların əks-hücumu zamanı meydan sahiblərinin müdafiəçiləri daha çox idi. Amma onlar rəqibin hücum edən futbolçularının öhdəsindən gələ bilmədi. Hesabda önə keçəndən sonra “Neftçi” inamla oyuna nəzarət edir, özünü yaxşı qurulmuş komanda kimi aparırdı. Kifayət qədər yaxşı oyun göstərir, özünü itirməyən bakılıların heyətində bir sıra texnikalı ifaçılar da var. Əgər qapıçı Levaşov və bəxtimiz gətirməsəydi, “Neftçi” daha böyük hesabla qalib gələrdi. Cavab matçı öncəsi Azərbaycan komandası aşkar favorit kimi görünür, “Arsenal”a növbəti mərhələyə keçmək asan olmayacaq. Amma vəziyyət o qədər ümidsiz deyil. Səfərdə erkən qol vurub, əks-hücumlarda savadlı oynayıb, standartlardan yaxşı istifadə edilsə, hər şey mümkündür. 0:1 sürüşkən hesabdır”.

Xatırladaq ki, sabiq SSRİ millisinin futbolçusu A. Bubnov şərəfini qoruduğu Moskva “Dinamo”su və “Spartak”ı ilə dəfələrlə “Neftçi”yə qarşı oynayıb. (apa.az)

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO