Əsərlərini yaş qum üzərində yaradır - FOTO
Avar, çimərlik və çəkilmə rəssam Andreas Amadorun yaradıcılığı üçün ona lazım olan əsas vasitələrdir.
Rakus.az xəbər verir ki, San-fransiskolu landşaft rəssamı öz əsərlərini yaş qum üzərində yaradır.
Andreas hər yeni əsər üzərində işləməyə onun üçün səth seçimindən başlayır. Bunun üçün internet vasitəsilə ən yaxşı çimərlikləri səylə gözdən keçirir. Sonra eskizlər yaradır, hesablamalar aparır, əsərin qaralama variantını hazırlayır. Yalnız bundan sonra çimərliyə gedir. Fırça yerinə adi avarlardan istifadə edir. O, yalnız çəkilmə zamanı işləyir. Qabarmadan sonra isə onun şedevrlərindən ancaq internetdə yerləşdirilən fotolar qalır.
Rəssam deyib: “Mən çalışmağa həndəsi fiqurlardan başlamışam. Onlar yaxşı öyrənilib və mədəniyyətin bütün tarixi ərzində geniş istifadə olunub. Qədim memarlıq mənim ilham mənbəyimdir. Çimərliklərdə dairələr çəkirdim. Sonralar ətraf aləm məndə yaradıcılıq şövqü oyatdı və mən natural dizayn aləminə baş vurdum”.