Kim Çen Inın raket sınağı – Trampın əndişəsi – TƏHLİL
Şimali Koreya rəsmi olaraq ən son sınaqdan keçirdiyi ballistik raketi elan edib və bu sınağın Cənubi Koreyada Birləşmiş Ştatlarla birgə həbi təlim keçirməyi planlaşdıran “müharibə aşiqlərinə” xəbərdarlıq olduğunu deyib.
Rakus.az xəbər verir ki, Şimali Koreya dövlət mediası Kim Çen Inını “yeni-tipli taktiki idarə olunan silahın” sınağına özünün şəxsən nəzarət etdiyi göstərib. ABŞ və Cənubi Koreya rəsmiləri raketin qısa mənzilli balistik raket olduğunu söyləyib.
Rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) bildirib ki, testin məqsədi “Cənubi Koreya ordusuna ultra-müasir hücum silahları daxil edən və bir neçə xəbərdarlıqlara əhəmiyyət verməyərək hərbi təlimlər keçirən cənubi koreyalı hərbi aqressorlara ciddi xəbərdarlıq göndərməkdir”.
Cənubi Koreya ilə bağlı şikayətlər
Sınaqdan sonra ötən ay Kim Çen In ilə Prezident Donald Tramp arasında demilitarizasiya zonasında keçirilən görüşdən sonra bərpa olunacağı gözlənilən nüvə danışıqları ilə bağlı şübhələri artırıb.
Şimali Koreya ABŞ-ın danışıqları bərpa etmək çağırışlarını rədd edib. Bunun yerinə onlar Cənubi Koreyanın bu yaxınlarda ABŞ-ın F-35 döyüşçü təyyarələrini almasından, habelə ABŞ və Cənubi Koreyanın qarşıdan gələn birgə hərbi təlimlərindən şikayətlənib.
KCNA-ın məlumatına görə, Kim cümə axşamı Cənubi Koreya rəsmilərini “ultra-müasir hücum silahları aldığına və birgə hərbi təlimlər keçirdiyinə görə qəribə iki-tərəfli əməllərdə” günahlandırıb.
Cənubi Koreyanın Milli Təhlükəsizlik Şurası raket sınağı ilə bağlı “ciddi narahtlığını” ifadə edib və bu raketin “yeni tipli qısa-mənzilli balistik raket”olduğunu müəyyən edib. Bu, Seulun Şimali Koreyanın may ayında bənzər sınağına reaksiyasından daha sərtdir. O zaman Cənubi Koreya Şimali Koreyanın silahlarını “raket” adlandırmışdı.