Gözdən əlil abituriyentlərə 20 plan yeri ayrıldı
2019/2020-ci tədris ili üçün 1 nömrəli Bakı Tibb Kollecinin “İdman və müalicə masajı” ixtisasına gözdən əlil abituriyentlər üçün 20 plan yeri ayrılıb.
Rakus.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, həmin yerlər üzrə müsabiqədə iştirak etmək arzusunda olan I və II dərəcəli gözdən əlil abituriyentlər Tibbi Sosial Ekspert Komissiyaları tərəfindən verilən əlilliyi təsdiq edən arayış, yaşadığı ərazi üzrə poliklinikadan “peşəyə yararlılıq haqqında” tibbi arayış (AZS №086) və “Abituriyentin elektron ərizəsi”ni iyulun 29-dan avqustun 16-dək DİM-ə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) və ya Mərkəzin regional bölmələrinə təqdim etməlidirlər:
Xatırladaq ki, bu ilin məzunları müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edəcəklər. Əvvəlki illərin məzunları üçün isə müsabiqə 2019-cu il 28 aprel tarixində keçirilmiş imtahanın nəticələrinə əsasən aparılacaq.