“JARA” MF-nın gələn il keçirilmə tarixi bəlli oldu
Tanınmış müğənni Emin Ağalarov festivalın ildönümünü möhtəşəm keçirməyi planlayır.
Rakus.az xəbər verir ki, Azərbaycanın xalq artisti Emin Ağalarov “JARA 2020” MF-nın tarixni elan edib. O bildrb ki, gələn il festival 30 yul – 2 avqust tarixlərndə keçiriləcək.
“Gələn il bizim layihənin ildönümüdür, buna görə daha da iddialı olmağı planlaşdırırıq. Stasionar səhnə qurmaq və Sea Breeze Resort-ın damında daha bir baxış meydançası təşkil etmək fikrindəyik. Sənətçilərin sayı da artacaq” Ağalarov bldirib.
Xatırladaq ki, JARA MF bu il iyulun 25-dən 28-dək Sea Breeze turizm kompleksində keçirilib və festival məşhur müğənni və bəstəkar Emin Ağalarov, Rusiya Federasiyasının əməkdar artisti Qriqori Leps, Rusiya Radiosunun və Qızıl Qramofon mükafatının təsisçisi Sergey Kojevnikov tərəfindən təşkil edilmişdir. Festivalda Azərbaycan, Rusiya, Ukrayna, İtaliya, ABŞ və digər ölkələrdən populyar ulduzlar iştirak ediblər.