Rusiyanın hərbi gəmiləri Bakıya gəldi - FOTO - VİDEO
Azərbaycanın Xəzər dənizindəki ərazi sularında “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsində iştirak etmək üçün Rusiya Hərbi Dəniz Donanmasının (HDD) Xəzər flotiliyasının “Mahaçkala” və “Volqodonsk” kiçik artilleriya gəmiləri iyulun 31-də Bakıya gəlib.
Rakus.az xəbər verir ki, bu haqda Müdafiə Nazrliyinin rəsmi saytlnda məlumat verilib.
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov Rusiya HDD-nın Xəzər flotiliyasının nümayəndəsi 1-ci dərəcəli kapitan Sergey Yekimovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Tərəflər “Beynəlxalq Ordu Oyunları-2019” yarışları çərçivəsində keçiriləcək “Dəniz Kuboku” müsabiqəsinin təşkilinə dair fikir mübadiləsi aparıblar.