MN-ə Fərman Salmanovla bağlı tapşırıq verildi
Mədəniyyət Nazirliyi Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması ilə bağlı təkliflər hazırlayacaq.
Rakus.az xəbər verir ki, Baş Nazir Novruz Məmmədov bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Mədəniyyət Nazirliyi Maliyyə Nazirliyi və icra prosesində müəyyən ediləcək digər aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılması ilə bağlı təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.
Xatırladaq ki, Prezident İlham Əliyevin “Fərman Salmanovun xatirəsinin əbədiləşdirilməsi haqqında” 9 iyul 2019-cu il tarixli fərmanına əsasən, Şəmkir şəhərində Fərman Salmanovun heykəlinin ucaldılmalıdır.
Fərman Salmanov Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanıdır.