Gündəm 30.03.2019 09:40

DGK videotəsvirlərə aydınlıq gətirdi

Ötən gün sosial şəbəkələrdə gömrük orqanları və əməkdaşlarına qarşı haqsız ittihamların irəli sürüldüyü videotəsvirlər yayımlanıb.

Rakus.az Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, məqsədli şəxslər tərəfindən gömrük orqanlarının fəaliyyətinə kölgə salacaq şəkildə hazırlanan və yayımlanan həmin videotəsvirlər vasitəsilə gömrük əməkdaşlarının guya vətəndaşlara qarşı kobud rəftar etdiyi iddia olunur.

Komitə bildirir ki, videotəsvirlərdə əks olunan hadisə bu il martın 19-da Cənub Ərazi Baş Gömrük İdarəsinin “Biləsuvar” gömrük postunda Biləsuvar rayon sakini Əbdürrəhmanov Niyaməddin Rafiq oğlunun gömrükçülərin haqlı tələblərinə məhəl qoymayaraq gömrük qanunvericiliyini və ictimai asayişi pozma cəhdi nəticəsində baş verib.

Postun idxal-piyada xəttinə daxil olan Niyaməddin Əbdürrəhmanovun gətirdiyi mallara gömrük baxışı zamanı onun bu il mart ayının 14-də də ölkə ərazisinə ərzaq məhsulları və tütün məmulatları gətirdiyi müəyyən edilib. Buna görə də həmin şəxsə Nazirlər Kabinetinin 305 saylı qərarına əsasən müəyyən olunmuş miqdardan artıq mal gətirdiyi bildirilib və qanunvericiliyə əsasən normadan artıq olan malların saxlanca verilməsi təklif olunub. Dəfələrlə aparılan izahat işlərinə baxmayaraq gömrükçülərin haqlı tələblərinə məhəl qoymayan şəxs onları nalayiq ifadələrlə təhqir edib, soyuq silah – bıçaqla əvvəlcə özünə xəsarət yetirəcəyini bildirib, daha sonra postda xidmət aparan gömrük əməkdaşlarına fiziki təzyiq göstərib. Üstəlik, həmin şəxs hadisə zamanı idxal-sərnişin xəttindəki vətəndaşları da gömrükçülərə qarşı etiraza çağırıb və bir müddət gömrük postunun fəaliyyət rejimini pozub.

Bu səbəbdən gömrük əməkdaşları qanunvericiliyə uyğun olaraq həmin şəxsi məcburi qaydada piyada-idxal xəttindən uzaqlaşdırıb və bu zaman həmin şəxsə qarşı fiziki zərbə və ya digər hərəkət tətbiq edilməyib. Vətəndaşın döyülməsi ilə bağlı iddialar isə ümumiyyətlə həqiqətə uyğun deyil.

Qeyd edək ki, Əbdürrəhmanov Niyaməddin Rafiq oğlu mütəmadi olaraq İran İslam Respublikasından ölkə ərazisinə ticarət məqsədilə ərzaq və digər mallar gətirir.

Qanunvericiliyin tələblərini pozduğuna görə Əbdürrəhmanov Niyaməddin Rafiq oğlunun hüquqazidd əməllərinə qiymət verilməsi və barəsində müvafiq tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib.

Ancaq təəssüf doğuran hal ondan ibarətdir ki, bəzi məqsədli dairələr və şəxslər hadisəni əks etdirən videotəsvirləri gömrük əməkdaşlarının fəaliyyətinə kölgə salacaq şəkildə hazırlayaraq rəsmi tərəfin mövqeyi olmadan yayımlayır.

Gömrük orqanları ölkənin iqtisadi təhlükəsizliyini təmin edən strateji dövlət qurumlarından biridir, öz fəaliyyətini qanunvericiliyin tələblərinə uyğun, vətəndaş məmnuniyyətini təmin edəcək şəkildə qurur.

Onu da qeyd edək ki, DGK-nin Vahid Avtomatlaşdırılmış İdarəetmə Sisteminin müşahidə kameraları vasitəsilə Niyamədddin Əbdürrəhmanovun hərəkətləri videoyazıya alınıb.

Kadrlardakı xüsusi işarələnmiş hissələrdə soyuq silah – bıçağı və həmin şəxsin hərəkətlərini aydın şəkildə görmək mümkündür.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO