Sosial 02.08.2019 19:00

Vasif Talıbov və Cahangir Əsgərov tikintinin gedişi ilə tanış olublar - FOTO

2 avqust 2019-cu il, Bakı – Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Naxçıvan Beynəlxalq Hava Limanında ikinci uçuş-enmə zolağının (UEZ) tikintisi həyata keçirilir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov 2 avqust tarixində tikinti işlərinin gedişi ilə tanış olmuşlar.

AZAL Prezidenti Cahangir Əsgərov məlumat vermişdir ki, yeni zolaq beynəlxalq tələblərə uyğundur və Naxçıvanın Beynəlxalq Hava Limanında UEZ-lərdən biri təmir və texniki xidmət üçün bağlandığı təqdirdə aeroportun fasiləsiz işini təmin etməyə imkan verəcək.

Layihə çərçivəsində nəzərdə tutulmuşdur:

– Uzunluğu 3300 metr, eni isə 60 metr təşkil edəcək asfalt-beton UEZ-in tikintisi. İkinci zolaq da mövcud uçuş-enmə zolağı kimi geniş füzelyajlı hava gəmilərini qəbul etməyə imkan verəcək;

– Hava limanı ətrafı ərazidə irimiqyaslı qurutma işlərinin aparılması;

– Maneələrin aradan qaldırılması üçün uçuş və eniş zonasında 800 min kubmetrdən çox torpaq işləri görüləcəkdir;

– ICAO CAT II ikinci kateqoriyası üzrə uçuşların təhlükəsizliyini təmin edən, uçuş-enmə zolağının hər iki istiqaməti üçün yeni enişə yaxınlaşma instrumental sisteminin alınması (qərarın qəbul edilməsi hündürlüyü 30 m–dən 400 m-dək);

– təhlükəli hava şəraitini üfüqi 360 bucaq və şaquli -2 dərəcə ilə 182 dərəcə arasında müşahidə edən Furuno WR2100 metereoloji avtomatlaşdırılmış radiolokatorunun quraşdırılması;

– uçuş-enmə zolağına avtomatlaşdırılmış metereoloji müşahidə sensorlarının quraşdırılması;

– yeni avtomatlaşdırılmış Hava Hərəkəti İdarəetmə (HHİ) sisteminin alınması;

– peyk siqnallarını təmzimləyən yerüstü naviqasiya stansiyasının quraşdırılması;

– hava-yer radiorabitə vasitələrinin yenilənməsi;

– gecə uçuşlarının həyata keçirilməsi üçün uçuş zolağının hər iki istiqaməti üçün işıq-siqnal avadanlığının quraşdırılması.

Layihənin ümumi dəyəri 50 milyon manat təşkil edir. Naxçıvan Hava Limanının ikinci zolağının istismara verilməsi 2019-cu ilin sentyabr ayına planlaşdırılmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov və AZAL Prezidenti Cahangir Əsgərov görülən işlərdən məmnunluğunu bildirmiş, müvafiq tövsiyə və tapşırıqlarını vermişlər.

Qeyd edək ki, sonuncu yenidənqurma zamanı Naxçıvan Beynəlxalq Hava Limanında iki yeni terminal – qərb və şərq terminalları işə salınmışdır. Aerovağzal ərazisində biznes zal, kafe və restoranlar, ana və uşaq otaqları, ilk tibbi yardım məntəqəsi və sərnişinlər üçün digər zəruri xidmətlər mövcuddur.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO