Ross planı – ABŞ Venesuelada yenidənqurma demokratiyası – TƏHLİL - FOTO
ABŞ Ticarət naziri Uilbur Ross demokratik hökumət altında Venesuela iqtisadiyyatını dirçəltmək üçün ABŞ-ın kredit və investisiya planını açılqayıb.
Rakus.az xəbər verir ki, Rossun planı Vaşinqtonun Venesuelada demokratik idarəçiliyi bərqərar etmək səyləri ilə üst-üstə düşür.
Amerikanın yardım planı Venesuelanın hazırkı lideri Prezident Nikolas Maduronun hakimiyyətdə gedəcəyi və müxalifət lideri Xuan Quaydonun hakimiyyətə gələcəyi təqdirdə işə düşəcək.
Braziliya paytaxtında Latın Amerikasından gəlmiş şirkət rəhbərləri ilə danışan Ross deyib ki, planın hazırlanmasında 14 ABŞ təsisatı iştirak edib.
Zəngin neft yataqlarına baxmayaraq Venesuelada yarıtmaz idarəçlik ölkədə aclıq və səfalətin kəskin arıtımna səbəb olub. İqtisadiyyatı ötən illərdə xeyli kiçilən Venesuela hazırda 155 milyard dollar həcmində xarici borcla üzləşir.
“Sosializmin fəsadlarını aradan qaldırmaq özəl investisiya, elektrik şəbəkəsinin və neft tenderlərinin bərpası ilə baş tutacaq”, – Ross deyib.
Ticarət naziri Vaşinqtonun Maduro hökumətinə tətbiq etdiyi sanksiyaların hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə yüngülləşəcəyini bildirib. Həmin sanksiyalar Venesuelanın həyat naqili sayılan neft sənayesinə ağır təsir göstərib.
Sanksiyalar həmçinin insan haqları pozuntularında, korrupsiyada və narkotika qaçaqmalçılığında ittiham olunan Maduro, onun nazirləri və təhlükəsizlik qüvələrinin komandirlərini hədəf alıb.
ABŞ-ın Venesuelaya qarşı blokada və ya karantini nəzərdən keirməsi haqqında suala Prezident Donald Tramp müsbət cavab verib.
“Bəli, mən nəzərdən keçirirəm”,- Tramp Venesuelada Rusiya, Çin və İran hökumətlərinin müdaxilələrinin qarşısını almaq üçün ABŞ-ın nə kimi tədbirlərə əl ata biləcəyini təsdiqləyib.
ABŞ və onuin Qərb müttəfiqləri Xuan Quaydonu Venesuelanın legitim lideri olaraq tanıyıb. ABŞ Maduronu 2018-ci il seçkilərində saxtakarlıq törədək hakimiyyətə gəlməkdə ittiham edir.