Sosial 07.08.2019 12:43

Lahıc tarixlə müasirliyin vəhdətidir - FOTO

Azərbaycanın füsunkar və özünəməxsus xüsusiyyətləri ilə zəngin olan İsmayıllı rayonunun Lahıc kəndi tarixi görkəmini qorumaqla dünyaya açılan bir pəncərəni xatırladır. Buraya səfər edənlərin arasında xarici qonaqların daha çox olması buna əyani sübutdur. Belə ki, hələ XVIII-XIX əsrlərdən Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olan kənd ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, məcməyi, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb. Bu gün isə tarixi qaynaqların izi ilə Azərbaycana gələn turistlərin bir hissəsi yerli sakinlərlə bərabər Lahıca üz tutur. Zəngin tarixə malik kənd Bakının İçəri şəhərini xatırladır: Dar küçələr, təbii daşdan döşəmələr, zəlzələyə davamlı tikililər.

Lahıcda misgərliyə, toxuculuğa, təbii məhsullara münasibət isə getdikcə artmaqdadır. Kəndin bazarı bu mənada alışıb-yanır. Turistlər hətta aldıqları məhsullar barədə isə satıcıları xeyli sorğu-suala tutur. Çünki Lahıc məhsulları təkcə xüsusi görkəminə deyil, keyfiyyətinə, tarixinə, dəyərinə görə də fərqlənir. Son dərəcə keyfiyyətli olan yerli məhsullar ucuz qiymətə satılır. Əcnəbilərin mimikasından, soydaşlarımızın isə təkrarladığı “nə yaxşı ucuzdur” sözlərindən bunu hiss etmək münkündür.

Lahıc bazarı zəngin bir tarixi ənənəni xatırladır. Neçə dəfə gəzsən də yorulmursan, məhsulların seyrangahında tarixə qayıdırsan, zənginliyimizin canlı şahidinə çevrilirsən. Çünki bazar qonaqları özünə cəlb edir. Giriş hissəsində təzə ətlə bərabər, dərisindən və başından hazırlanmış “keçi” və “qoyun” da satılır. Özü də təzə ətlə qəlibin arasında o qədər də böyük qiymət fərqi yoxdur. Bu da onu göstərir ki, turistlər maddiyatla bərabər mənəviyyata da üstünlük verir.

Daha çox misdən hazırlanan zərgərlik və bəzək məhsulları qadınların ürəyindən xəbər verir. Bu səbəbdən də belə dükanlarda növbə yox, basabas adi hala çevrilir… Satıcı hamıya eyni vaxtda cavab verə bilmir, alıcı isə üzünü turşudaraq başqa dükana üz tutmağa məcbur olur. Yenə eyni basabasla qarşılaşır. Lahıc bazarı üçün bu adi hal olduğundan səs-küyə və narazılığa rast gəlinmir.

Bu basabasda isə uşaqların “qılıclaşması”, qalxanla özünü “qoruması”, müxtəlif heyvanların dərisindən hazırlanmış papaqlarla, kürkülərlə əldə xəncər və qılıncla şəkil çəkdirməsi aləmi bir-birinə qatsa da burada qəribə bir sakitlik hökm sürür.

Bazarda təbii otlar satılan dükanlar da az deyil. Min bir dərdin əlacı olan bu müalicəvi təbii bitkilər sağlam və gümrah yaşamağın dərmanı sayıldığından ona da böyük maraq var. Bir sözlə, Lahıc bazarı girəcəyindən sonuna, sonundan isə girəcəyinə qədər füsunkar və cəlbedici bir mənzərəni xatırladır. Çünki burada tarixlə müasirlik vəhdət təşkil edir.

Lahıcın yolları da özü qədər maraqlı və möcüzəlidir. Bu barədə digər yazılarda tanış ola bilərsiniz.

Mikayıl Nərimanoğlu

 

 

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO