İdman 07.08.2019 18:19

“Bney Yehuda” bütün komanda ilə müdafiə olunur” – Bordin

“Sabah bizi güclü rəqibə qarşı çətin oyun gözləyir. Çünki “Bney Yehuda” çox yaxşı müdafiə olunur”.

Rakus.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının III təsnifat mərhələsinin “Bney Yehuda” ilə sabah keçiriləcək cavab oyunu üçün təşkil edilən mətbuat konfransında deyib.

İtaliyalı mütəxəssis İsrail klubunun müdafiəyə daha çox diqqət etdiyini bilidirib: “Rəqib İsrail Superkuboku matçında 9-10 nəfərlə müdafiə olundu. Oyunboyu çalışırlar topa daha çox nəzarət etsinlər. Fərdi keyfiyyəti yüksək olan futbolçuları var. Rəqib əks-hücumlardan yaxşı yararlanır. İlk dəqiqələrdən oyuna düzgün yanaşmaq lazımdır. Bunu bacarsaq, sərfəli nəticə qazana bilərik”.

Bordin getdikcə “Neftçi”nin hədəflərinin böyüdüyünü qeyd edib: “Əlbəttə ki, oyundan-oyuna özümüzün də gözləntilərimiz artır. Bununla kifayətlənmək istəmirik. Yaxşı futbol göstərmək üçün əlimizdən gələni edəcəyik. Nəticəni birlikdə görəcəyik”.

Bordin oyunun taktiki sxemi haqda danışmaq istəmədiyini bildirib: “Sabahkı oyunun taktikası komanda daxilində qalır. Bunu açıqlamağı düzgün hesab etmirəm. Bir daha qeyd edirəm ki, “Bney Yehuda” bütün komanda ilə müdafiə olunur və rəqibin səhvini gözləyir. Bizə qarşı necə çıxış edəcəklərini bilmirəm. Amma həm müdafiə, həm də hücum baxımından yaxşı təşkilatlanıblar. Rəqibi analiz etmişik, necə oynadıqlarını izləmişik. Texnikalı oyunçuları var, əks-hücumdan yaxşı yararlanırlar”.

R.Bordin “Sumqayıt”ın israilli futbolçusu Əmir Ağayev “Bney Yehuda”nın “Neftçi”ni keçmək şansının sıfıra bərabər olması fikrinə də münasibət bildirib: “Əmir Ağayevin niyə belə açıqlama verməsi mənə qəribə gəlib. Sabah hakim fitindən sonra hər iki komanda üçün çox şey dəyişə bilər. Buna görə də onun fikri ilə razı deyiləm. Düşünsək ki, rəqibin bizi keçmək şansı sıfıra bərabərdi, yanlışıq olardı”.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO