Maraqlı 08.08.2019 08:45

BÜRCLƏR – 8 avqust

Qoç – Baş verənləri anlamaq üçün harmoniyaya ehtiyacınız var. Estetik, qastronomik, maliyyə tələblərinizin ödənməsinə can atacaqsınız. Yeni mərhələnin ilkin təzahürlərini ayırd etməyi bacarın. Ən əlverişli variantı seçin.

Günün ikinci yarısında bəzi proseslərin rəsmi statusu olduğunu düşünməyin. Yaxşı tanımadığınız insana məram və niyyətlərinizdən danışmayın. Reklama, bəyanatlara, açıqlamalara heç bir zərurət duyulmur. Bir sıra işləri sakit, ahəstə şəkildə həll etmək olar. Axşam saatlarını dəyər verdiyiniz insanlarla keçirin.

Buğa – Rəqibləri zəif saymayın, problemlərinizin, gerçəkdən də, mürəkkəb olduğunu etiraf edin. Belə olarsa, çox problemlərin öhdəsindən gələ bilərsiniz. Nikbinlik və qüvvələrinizə əminlik imkanlarınızı artıracaq. Uğursuzları sevməyən insanlar sizinlə çalışmaq istəyəcəklər. Məhsuldar əməkdaşlıq başlana bilər.
Səfər və səyahətə çıxmaq, əcnəbi dili öyrənməyə başlamaq, uzaqdan gəlmiş insanlarla görüşmək üçün əlverişli zamandır. Yeni ideya yarana bilər.

Əkizlər – Emosional baxımdan zəngin gündür. Yaxın ətrafınızdakı insanlardan daha çox məlumat əldə edin. Situasiyanın təfərrüatlarına bələd olun. Tapşırıq və ya sifariş alsanız, detalları dəqiqləşdirmədən işə başlamayın.
Günün ikinci yarısında məqsədə doğru aparan yolda qarşınızı kəsəcək maneələr və sədləri qətiyyətlə dəf edin. Fırıldaq, saxtakarlıq qurbanı olmamaq üçün həssas, diqqətli olun. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin.
Axşam saatlarında stressdən qurtulun. Əsəbləriz dincəlməlidir.

Xərçəng – Olayların bəzilərini əvvəlcədən planlaşdırmaq mümkün deyil. Gözləntilər və ehtimallarda ifrat dərəcədə nikbin olmayın. Potensialınızı, imkanlarınızı dürüst qiymətləndirin. Xam xəyallara qapılmayın.
Günün ikinci yarısında yeni biliklər və bacarıqlar əldə etmək mümkündür. Nəqliyyatda nasazlıq, yolda problemin yaranması istisna deyil. Başqalarının işlərində aktiv iştirak etməyin. Nə isə alınmasa, sizi suçlu biləcəklər. Aldığınız məlumatları diqqətlə yoxlayın. Şayiələrə və dedi-qoduya inanmayın.
Axşam saatlarında səhhətinizə fikir verin.

Şir – Günün ilk yarısında texniki nasazlıqlar, iş yerində qəfil problemlərin yaranması istisna deyil. Əvvəlcədən planlaşdırılmış görüşün baş tutmaması da mümkündür. Bunun səbəbi sözləşdiyiniz insanla məkan və zaman anlaşmasının şərtlərinə əməl olunmamasıdır.
Günün ikinci yarısında başqalarının intriqalarına hədəf olmayın. Hədəfləri saf-çürük etmək gərəkdir. Maliyyə vəsaitinizin qədrini bilin. Bədxərclik etməyin.
Zərurət varsa, planlarda dərhal dəyişikliklər edin.

Qız – Maliyyə və maddi-texniki problemlərin həllində aktiv davranın. Nevroz olmayın. Bacardığınızdan artıq işləri görməyə başlasanız, ifrat yorğunluğa düçar olacaqsınız. Vaxtınızı mənasız işlərə sərf etməyin.
Günün ikinci yarısında çalışdığınız kollektivdə uğursuzluqla qarşılaşmağınız, yaxınlarınız və qohumlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranması istisna deyil. İş və ya yaşam arealının dəyişdirilməsi üçün münasib zaman deyil. Hansısa işlərdə axsamalar, ləngimələr yaranırsa, səhvlərinizdə başqalarını suçlamayın.
Günah yalnız sizdədir.

Tərəzi – Səfərdə, yazışmada və ya söhbətdə anlaşılmazlıq yarana bilər. Maddi məsələləri vaxtında həll etmək istəyirsinizsə, yalnız öz qüvvənizə və potensialınıza bel bağlayın.
Kiminsə gecikməsi və ya səhlənkarlığı planları poza bilər. Yalan qurbanı olmayın, deyilənlərə sidq-ürəkdən inanmayın.
Günün ikinci yarısı yeni əlaqələrin formalaşması, müzakirələr, sövdələşmələr və seçim üçün əlverişli deyil. Özünüzlə çox pul gəzdirməyin. Yeni layihəyə başlamaq fikriniz varsa, ciddi düşünün.
Tələsik addımlar atmayın.

Əqrəb – Yaranmış situasiya sizdən çeviklik, sürət, mütəhərrik davranış tələb edir. Cari duruma uyğunlaşmağa çalışın. İşdə rəhbərliyin artan tələbkarlığı və ya əmək şərtlərinin dəyişməsi ilə bağlı müəyyən diskomfort istisna deyil.
Günün ikinci yarısında yolda ehtiyatlı olun. Fors-major olayın səbəbkarına çevrilməyin. Məsuliyyətli və ağır iş görməlisinizsə, problemin həll yollarını əvvəlcədən düşünün. Ən optimal variantı seçin.
Axşam saatlarını özünüzə həsr edin.

Oxatan – Günün ilk yarısında yaranacaq mübahisədə təmkinli davranın. Başqalarının diskussiyasında müşahidəçi olsanız, eşitdikləriniz və ya gördükləriniz barədə yalnız obyektiv rəyinizi bildirin. Əsla yalan danışmayın.
Günün ikinci yarısında kimsənin tərəfini tutmayın. Neytral qalmağa çalışın. Mübahisə zəmini olan predmet və ya hadisə ilə bağlı müfəssəl bilgiləriniz yoxdursa, çox danışmayın. Müstəqil fəaliyyət göstərin. Ailə üzvləri və ya qohumlarla ünsiyyətdə hakim rolunu oynamağa çalışmayın. Qayğıkeş, şəfqətli olun.

Oğlaq – Yaşanan olayları diqqətlə müşahidə edin. Ayıq olun. Rəqiblərin sizi geridə qoymasına imkan verməyin. İmkanlarınızı olduğundan artıq dəyərləndirməyin. Özünüzü az qala bütün situasiyalarda haqlı saymayın.
Nöqsanlardan xali olduğunuzu unutmayın.
Günün ikinci yarısında ideala can ataraq işlərin gedişatını uzatmayın. Eşitdiyiniz hər sözə kor-koranə inanmayın. Sizi aldatmağa, yanlış istiqamətə yönləndirməyə çalışırlar. Axşam saatlarında səhiyyə müəssisəsinə yollanmayın.

Dolça – Mənasız illüziyalardan, əsassız fantaziyalardan qurtulun. Cari işləri yerinə yetirməkdən usanmayın. Yeknəsəqlikdən şikayətlənərək süstlüyə qapılmayın. Yaradıcılıqla da məşğul olmaq mümkündür.
Günün ikinci yarısında sifariş və ya tapşırıqların yerinə yetirilməsi zamanı maksimum dərəcədə dəqiq olun. Hesablamalarda, məlumat bazaları ilə işdə, uzunmüddətli planlaşdırmada yanlışlıqlara yol verməyin.
Axşam saatlarında kompüterdən, internetdən uzaq durun.
Açıq havada gəzin.

Balıqlar – Axınla hərəkət edin, hadisələrin məcrasında kəskin dəyişikliklərə can atmayın. Yaşam prosesləri üzərində nəzarəti tamamən itirməyin. Təmkinli və səbrli olun, emosiyalara uymayın.
Günün ikinci yarısında yolda ehtiyatlı olun. Sükan arxasında diqqətiniz yayınmasın. İnformasiya ilə iş, hesablamalar səliqə tələb edir.
Axşam saatlarına yaxın bir qədər dincəlin. Stressdən qurtulmağa çalışın. (Milli.Az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO