Sosial 08.08.2019 09:47

Heydərov Qurban bayramı ilə bağlı tövsiyələr verdi

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Qurban bayramı ilə bağlı müsahibə verib:

– Səyavuş müəllim, Qurban bayramına hazırlıq prosesi necə gedir?

– Bildiyiniz kimi, müstəqilliyimizin bərpasından sonra milli-mənəvi dəyərlərə qayıdış prosesinin bir elementi və bu dəyərlərin tərkib hissəsi olan İslam dininə məxsus bayramların – Ramazan və Qurban bayramlarının rəsmi şəkildə qeyd edilməsi artıq ənənə halını alıb. Bu il Qurban bayramı ilə əlaqədar avqust ayının 12 və 13-ü rəsmi olaraq qeyri-iş günü elan edilib. Vətəndaşların məscidlərdə sərbəst, təhlükəsiz, qanunvericiliyin tələblərinə uyğun şəkildə ibadətlərini yerinə yetirmələrinin təmin olunması üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq işlər görülməkdədir. Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı münasibətilə tövsiyələrini dindarlara çatdırıb. Ölkəmizdə Qurban bayramı namazı 12 avqust saat 9:00-da qılınacaq.

Məlum olduğu kimi, Qurban bayramında adi günlərdən fərqli olaraq daha çox kütləvi şəkildə qurbanlıq heyvanlarının kəsimi və satışı həyata keçirilir. Bununla əlaqədar Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı və Daxili İşlər nazirlikləri tərəfindən kəsimin sanitar-gigiyena tələbləri çərçivəsində icra edilməsi istiqamətində birgə müvafiq tədbirlər planlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda və regionlarda 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi quraşdırılacaq. Həmçinin, kəsiləcək heyvanların sağlamlığının yoxlanılması istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlər görüləcəkdir.

– Qurban bayramı ilə bağlı tövsiyələriniz nələrdir?

– Dindarlara, inanclı insanlarımıza tövsiyələrimiz ondan ibarətdir ki, bayramı xalqımızın milli-mənəvi dəyərlərinə uyğun şəkildə keçirsinlər. Bu bayramı bir fürsət bilərək övladlarına yardımlaşma və paylaşmanın cəmiyyət üçün faydalarını izah etsinlər, qurban ibadətinin mahiyyətini doğru şəkildə çatdırmağa çalışsınlar, umumiyyətlə İslam dininin ümumbəşəri dəyərlərini, xalqımızın tolerantlıq ənənələrini övladlarına təlqin etsinlər.

Qurban payından sadəcə müsəlmanlara deyil, digər din mənsublarına, eləcə də inancından asılı olmayaraq, bütün ehtiyacı olanlara verilməsi təqdirəlayiq bir davranış olardı. Bu dinimizdə də tövsiyə olunan əməllərdəndir.

Eyni zamanda, Qurban kəsimini həyata keçirərkən azyaşlıların psixoloji durumunu nəzərə alaraq, bunu onların gözü önündə etməsinlər.

Onu da qeyd emək istəyirik ki, bəzi qüvvələr dini ayinlərin icrası zamanı milli-mənəvi dəyərlərimizə, ölkəmizin coğrafi mühitinə uyğun olmayan, kənardan idxal olunan dini təqvimlərdən istifadə edərək ölkəmizdə dini sahədəki sabitliyə və əmin-əmanlığa kölgə salmağa, dindarlarımız arasında ikitirəlik, nifaq yaratmağa cəhd göstərirlər. Bununla əlaqədar olaraq dindar vətəndaşlarımıza yad ünsürlərin zərərli təbliğatına uymamağı və dini ayinlərin icrası zamanı Qafqaz Müsəlmanları İdarəsi tərəfindən hazırlanmış təqvimlərdən istifadə etməyi tövsiyə edirik.

Bildirmək istəyirik ki, bayramlar özündə birlik və həmrəyliyi təcəssüm etdirir. Buna görə də bayramları mahiyyətinə uyğun şəkildə, birlikdə keçirməliyik. Qeyd edilənləri nəzərə alaraq, bu il də Qurban bayramını və ibadətlərimizi Qafqaz Müsəlmanları İdarəsinin təqvimində göstərilən tarixdə və vaxtda həyata keçirərək, hər addımda aramıza nifaq salmağa, özündə mənəvi yüksəlişi ehtiva edən dini bayramlarda cəmiyyəti parçalamağa çalışan qüvvələrin qarşısını kəsməliyik. (trend.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO