Mədəni 09.08.2019 11:36

Viyanada təhsil alan gənc azərbaycanlı dirijor - FOTO

 

Xarici ölkələrdə yaşayan gənclərimizin qazandığı uğurlar Azərbaycan xalqının tanınmasında mühüm rol oynayır. Belə insanların hər biri xalqımızın mənəvi kapitalıdır. Haqqında söhbət açmaq istədiyim Abuzər Manafzadə də onlardan biridir. O, 1990-cı ildə Bakı şəhərində dünyaya gəlib. 4-cü sinifədək Xırdalanda 4 nömrəli orta məktəbdə oxuyub. Eyni zamanda musiqi məktəbində fortepianodan dərs alıb. Orta təhsilini Türkiyənin İstanbul şəhərində Mimar Sinan Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən liseydə başa vuraraq, 2007-2012-ci illərdə həmin konservatoriyanın fortepiano fakultəsinin bakalavr pilləsində oxuyub və eyni zamanda bəstəkarlıq təhsili alıb. Sonra bir il yarım həmin konservatoriyanın dirijorluq fakultəsində təhsilini davam etdirib. 2017-ci ildə Viyana Musiqi və Səhnə Sənətləri Universitetinin dirijorluq fakultəsinə ilk azərbaycanlı kimi qəbul olunub. Hazırda Viyanada dirijorluq, Linz şəhəri Anton Brukner Universitetində isə piano üzrə magistratura təhsili alır. İndiyədək xeyli mükafata layiq görülüb. Beynəlxalq müsabiqələr laureatıdır…

…Atası pianoçu və dirijor, əməkdar artist İslam Manafov Bakı Musiqi Akademiyasının dosentidir. Anası Şükufə xanım Manafova piano müəllimi kimi çalışır. Bacısı əməkdar artist Turan Manafzadə pianoçu, bəstəkar və dirijordur. Ömür-gün yoldaşı Karen xanım isə Almaniya vətəndaşıdır. O da gənc musiqiçidir..

Abuzər deyir ki,- “Bir musiqiçi kimi xaricdə yaşamaq çox maraqlıdır. Adam özündə böyük məsuliyyət hiss edir. Dünya səhnələrində musiqi mədəniyyətimizi layiqincə tərənnüm etməyə çalışırsan. Qazanılan hər bir uğur insana xüsusi zövq verir”…

Mütaliəni xoşlayır. Kosmosla bağlı yenilikləri izləyir. Dənizdə üzməkdən ləzzət alır. İndiyədək Xəzər, Aralıq, Egey, Mərmərə, Adreatik, Qara dənizlərində üzdüyünü dilə gətirib, dünyada olan bütün dənizlərdə üzməyini arzulayır…

İstedadlı ifaçı olduğu kimi həm də gözəl bəstəkardır. İlk dəfə balaban və simfonik orkestr üçün konserti o, yazıb. ABŞ-ın Kaliforniya ştatında baş tutan bu konsert amerikalılar tərəfindən hərarətlə qarşılanıb. Arzusu Avropa, Amerika səhnələrində Azərbaycan musiqisini təbliğ etmək, vətənimizi əcnəbilərə sevdirməkdən ibarətdir. Nyu York, Viyana, Berlin filarmoniyalarında dirijorluq etmək isə onun ən böyük arzusudur…

Abuzər Manafzadənin hələ 29 yaşı var. Qarşıda onu uğurlu gələcək gözləyir. İnanırıq ki, vətən eşqiylə yaşayıb yaradan bu istedadlı soydaşımızın şöhrəti tezliklə bütün dünyanı dolaşacaq…

Elman Eldaroğlu

 

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO