Sosial 10.08.2019 13:34

Təkcə o, intihar etmədi, hamımız öldük…

 

Son günlər zorla ərə verildiyi üçün intihar edən gənc qızlar barədə xəbərlərə biganə qalmaq olmaz. Bu, hamımızın problemidir, bütövlükdə cəmiyyətin problemidir. Nə qədər inkişaf etsək də, demək ki,  sivilizasiyadan kənarda qalanlar hələ də var.

Əvvəla, başlayaq zorla ərə verilmək məsələsindən… Dövrümüzdə hələ də qadını əşya kimi sayan, onun öz fikrini nəzərə almayan və qadını, hətta, maariflənməkdən də yayındıran valideynlər və ya bir az kobud səslənsə də, valideynə bənzəyən məxluqlar var. Dinimizdə də, cəmiyyətimizdə də qadının rolu çox yüksək dəyərləndirilir. İstər bir nəslin tərbiyə edilməsində, istər gündəlik məişət qayğılarının daşınmasında, istərsə də digər vəzifələri yerinə yetirməkdə zərif cins nümayəndələrinin rolu böyükdür. Belə ” valideyn ” -lərin yürütdüyü anti-qadın siyasəti sonda qızlarımızın, qadınlarımızın əzilməsinə, haqqlarının pozulmasına və ən əsası cahilliyinə gətirib çıxardır.

Cahil qadın isə düşünür ki, onun bu həyatda heç bir yeri, hüququ, vəzifəsi və haqqı yoxdur. Çünki o, yalnız ərinə qulluq edə bilər, başqa heç nə edə bilməz, çünki o, qadındır, çünki o, qadın  doğulub.

KİV-də artıq reklam yazılarına bənzəyən intihar xəbərləri, demək olar ki, hər gün qarşımıza çıxır. Məntiqlə düşünsək, hər intihara meyilli 10  şəxsdən biri çox pis vəziyyətdə, artıq həyatdan bezib, yorulub, əzilib, internetdə çıxış yolu, psixoloji konsultasiyalar axtarır. Tam əminliklə söyləyirəm, həmin şəxs psixoloji yazılar oxuduqda və ya videolara baxdıqda qarşısına ” intihar ” sözü azı iki dəfə çıxır. Sonra bu məsləhətləri beynində tam dərk etməmiş bu şəxs  gündəlik baş verənləri oxumaq üçün saytlara üz tutur. Və ən əsası da elə burdan başlayır…

Yəqin ki, nə deyəcəyimi məntiqlə anlamaq elə də çətin deyil. Həmin şəxsin qarşısına çıxan intiharla bağlı xəbərlərdə bəzən  yalnız  bir cümlə kifayətdir ki, o, intihar etsin – “… çıxış yolu kimi intiharı seçib… ” Həmin anda şəxsin nə(lər) keçirdiyini başa düşmək çox da qəliz deyil. Bəzən belə məlumatlar kimlərəsə bilərəkdən və ya bilməyərəkdən intihara qəti qərar vermək üçün zəmin yaradır.

Beləliklə, valideynlər övlad tərbiyəsində yalnız oğul övladlarıyla deyil, qız övladlarıyla da gərək ki, həyati məsələlərdə maarifləndirici söhbətlər aparsın, onlara bəzi zəruri məlumatlar versin.

Əlbəttə, nə qədər KİV-i, valideynləri günahlandırsaq da, əsas olan fərddir. Çünki hər bir şəxsin fikri, düşüncəsi özünə görə dəyişir. Psixoloji çətinlik çəkdiyimiz anlarda özümüz içimizdəki “mən”i tərbiyə etməliyik. Bu cümlə ilə yazımı sonlandırmaq istəyirəm:

” Qadın yaradılış deyil, yaradandır ”  – Cəlaləddin Rumi.

Nicat Dilqəmli,
BDU-nun jurnalistika fakültəsinin III kurs tələbəsi

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO