Təhlil 10.08.2019 23:39

Bayden-Tramp mübarizəsi: xalq kimi dəstəkləyir – TƏHLİL - FOTO

Sabiq vitse-prezident Con Bayden Prezident Donald Trampı sərt tənqid edərək onun Amerikaya rəhbərlik etmək üçün mənəvi avtoritetə malik olmadığını bildirib.

Rakus.az xəbər verir ki, Ayova ştatında seçicilər qarşısında çıxış edən Bayden Trampın ritorikası ilə ötən həftəsonu El Paso şəhərində baş verən qətliam arasında əlaqə olduğuna eyham vurub.

Onun sözlərinə görə, respublikaçı prezidentin mühacirlərlə bağlı işlətdiyi ifadələr ölkədə parçalanmanı dərinləşdirməyə xidmət göstərib.

“Bizim Amerikada vüsət alan ağ supremasizmlə bağlı problemimiz var və bizim prezident bunu ruhlandırır, ürəkləndirir,” – Bayden Tramp administrasiyasının Federal Təhqiqatlar Bürosunun bu yaxınlarda irqçi qruplardan qaynaqlanan terror təhlükəsi barədə xəbərdarlığını qulaqardına vurduğunu bildirib.

Demokratların prezidentliyə namizədlik uğrunda yarışında favorit mövqedə olan Bayden 2020-ci il seçkilərini “millətin ruhu uğrunda döyüş” kimi təsvir edib.

Reuters/Ipsos rəy sorğusuna əsasən, Demokrat və bitərəflərin 22 faizi Con Baydenə, 18 faizi isə Berni Sandersə dəstək ifadə edib.

Yerdə qalan 23 namizəddən heç biri 9 faizdən artıq dəstək əldə edə bilməyib.

El Pasoda insanlar şənbə günü öldürülənlərin xatirəsini yad edir.
El Pasoda insanlar şənbə günü öldürülənlərin xatirəsini yad edir.

Şənbə günü Texasın El-Paso şəhərində 22 nəfər, bazar günü Ohayo ştatının Dayton şəhərində 9 nəfər silahlı hücumçu tərəfindən öldürülüb. El Pasoda Walmart mağazasında əsasən ispandilliləri hədəf alan 21 yaşlı Patrik Krusus hücumdan öncə irqlərin qarışması barədə tənqidi mesajlar yayıb.

Birləşmiş Ştatlarda odlu silahla hücumların törədilməsindən sonra reaksiya verən ABŞ prezidenti Donald Tramp “ağların üstünlüyü” nəzəriyyəsini açıq şəkildə qınayıb və silah alışı zamanı ciddi yoxlanmaya çağıraraq, “təcili fəaliyyət göstərməyə” söz verib.

Bununla belə, ABŞ prezidenti silahlara nəzarətə dair qanun layihəsinə dəstək bildirməyib. Tramp onun mühacirət əleyhinə ritorikasının “toksik atmosferin” yaranmasında rolu olduğunu deyən tənqidçilərə də cavab verməyib.

“Bir səslə, bir millət olaraq irqçiliyi, fanatizmi və ağ supremasizmi qınamalıyıq”,- Tramp deyib.

O, nifrət məzmunlu “manifestin” Texas ştatının Meksika ilə sərhəddə yerləşən El Paso şəhərindəki Walmart mağazasında hücumu törətməkdə şübhəli bilinən ağ gənc kişiyə ad olduğunu qeyd dib.

“Bu qorxunc ideologiyalar məğlub edilməlidir. Nifrətə Amerikada yer yoxdur”,- o bildirib.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO