Maraqlı 11.08.2019 08:45

BÜRCLƏR – 11 avqust

Qoç – uzun müddətdən bəri təxirə saldığınız və ya başa vura bilmədiyiniz işləri bu gün sonuclandıra bilərsiniz. Fəaliyyət sahəsində qayda yaradın. Planlarınızı nizamlayın.
Günün ikinci yarısında istənilən mühüm addımdan əvvəl yaxşıca düşünüb-daşının. Fərqli olmağa çalışın. İlkin impulsdan sonra məramlarınız dəyişə bilər. Yeniliklərdən çəkinmirsinizsə, gözlənilməz təklif ala bilərsiniz. Məqsəd və istəklərinizi dəqiqləşdirin.
Yaxın gələcəklə bağlı perspektivləri cari durum müəyyənləşdirir.

Buğa – səhər saatlarından etibarən fikriniz dağınıq olmasın. Vəzifə səlahiyyətlərinin icrasına və ya tapşırıqların yerinə yetirilməsinə səhlənkar yanaşmayın. Problemləri tədricən həll edin, eyni vaxtda bir neçə işi görməyə çalışmayın.
Əvvəlcə həlli asan olan, daha sonra isə mürəkkəb müşkülləri çözməyə can atın.
Günün ikinci yarısında münasibətlər daha rəvan, harmonik olacaq. Olayların məcrası sərfəlidir. Bundan maraqlarınızın təminatı üçün yararlanın.
Saatlar keçdikcə şərait daha əlverişli, şərtlər daha sərfəli olacaq. Emosional davranmayın. Rahatlıq və komfort istəkləriniz artacaq.
Axşam saatlarında evdə istirahət edin.

Əkizlər – ağır işlər çoxdur. Onlar zəhmət, vaxt, intellektual və fiziki əmək tələb edirlər. İş qabiliyyətinizin ən yüksək olacağı zaman səhər saatlarıdır. Bundan istifadə edin, mühüm məqamları çözün. Aqressiv və sərt olmayın.
Günün ikinci yarısında qarşınızdakı sədlərlə maneələri tədricən aradan qaldırın. Dostların və ya etibarlı şəriklərin dəstəyindən yararlana bilərsiniz. Köməyə ehtiyacı olan insanın yanında olmağı unutmayın.
Axşam saatlarını əzizlərinizlə birlikdə keçirin. Belədə yaşamınızdakı hadisələri daha rahat qəbul edəcəksiniz.

Xərçəng – şəxsi problemlərinizi həll etmək, məişət məsələlərini çözmək üçün günün ilk yarısı daha münasibdir. Yaşamın kiçik sevinclərinin qədrini bilin. Yaxın ətrafınızdakı insanlardan birinin sizə demək istədiyi sözlər var.
Günün ikinci yarısında qohumlarınızdan və ya dostlarınızdan birindən xoş xəbərlər alacaqsınız. Köhnə tanış yada düşəcək. Maraqlı təklifləri dəyərləndirmək olar.
Sevdiyiniz insanı axşam saatlarında kiçik hədiyyə ilə sevindirin.

Şir – yeni işə və ya layihəyə başlamaq istəyirsinizsə, tələsməyin. Qərarlarınız düşünülmüş olmalıdır. Yaşamınızın yeni mərhələsinin konturları hələ formalaşmayıb. Kənardan gələcək istənilən impuls dəyişikliklərə səbəb ola bilər.
Günün ikinci yarısında ətrafınıza diqqətlə baxın. Təcili məşğul olmağınız gərəkən məsələlər var. Fiziki iş, situasiyanın normallaşdırılması faydalıdır. Özünüzü həddən artıq yormayın.
Əks təqdirdə axşam saatlarında başağrıları və yuxusuzluqla üzləşə bilərsiniz. Şəxsi münasibətlərdə düşüncə zamanıdır.

Qız – aldığınız tapşırıqların yerinə yetirilməsinə daha diqqətlə yanaşın. Bacarıqlarınızı, biliklərizi və təcrübənizi yoxlamaq üçün sizə çətin iş həvalə oluna bilər. Sayıq olun, yaranmış imkanları fövtə verməyin. Vaxtınızın qədrini bilin. Şansları dəyərləndirin.
Günün ikinci yarısında cari situasiyadakı maneələri dəf etmək üçün güc və imkanlarınızdan maksimum istifadə edin. Karyera inkişafınızı şərtləndirən məqamları bir daha təhlilə uğradın. Gəlirləri artırmağın yollarını arayın.
Axşam saatlarını özünüzü həsr edin.

Tərəzi – yerinə yetirməli olduğunuz işlər arasında ən mühümünü, önəmli saydığınızı seçin. Dərhal fəaliyyətə başlayın. Abstrakt ideyalara qapılaraq qeyri-praqmat addımlar atmayın. Gündəlik qayğılar ciddi yanaşma tələb edir.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla aktiv ünsiyyətdə olun. Sevdiyiniz işi başa vurmaq olar. Kimsəni tələsdirməyin.
Axşam saatlarında emosiyalarınızı məhdudlaşdırmayın. Alış-veriş etmək olar.

Əqrəb – maliyyə resurslarının paylanması, zəruri informasiyaların əldə olunması ilə bağlı adekvat addımlar atın. Bir variantı yetərli saymayın. Məqsədə doğru aparan yolda irəliləyiş hiss etmirsinizsə, ruhdan düşməyin. Situasiyanı təhlil etsəniz, problemlərin həll yolunu asanlıqla tapa bilərsiniz.
Günün ikinci yarısında hazır metodlardan və ənənəvi vasitələrdən istifadə əvəzinə alternativləri arayın.
Axşam saatları dostlarla görüş, yaxud da ailəvi istirahət üçün yararlıdır. Hadisələrin axarı müsbət təmayüllərin gücləndiyini göstərəcək.

Oxatan – günün ilk yarısında xoşagəlməz olaylar yaşanmayacaq. Hadisələrin məcrası pis deyil. Buna rəğmən, özünüzü bir qədər narahat hiss edəcəksiniz. Bir müddət əvvəl yaşanmış olayların fəsadları hələ də aradan qaldırılmayıb.
Günün ikinci yarısında əmlak, maliyyə vəsaiti və karyera ilə bağlı durumu yaxşılaşdırmaq üçün əlinizdən gələni edin. Sürəkli olaraq sizi sinirləndirən, narahat edən insanlardan mümkün qədər uzaq olun. Bir zamanlar sıx münasibətlərdə olduğunuz, sonradan yollarınızı ayırdığınız insanlar üçün darıxa bilərsiniz. Səbrli olun, nisgilə qapılmayın. Sakitləşin.

Oğlaq – rutin işlərə laqeyd yanaşmayın. Tapşırıqları yerinə yetirin, öhdəlikləri unutmayın. Vədlərə əməl edin. Yarımçıq işləri başa vurun, təcili həllini tələb edən məsələlərin çözümünü təxirə salmayın.
Günlə bağlı dəqiq planlar tərtib etməyə çalışmayın, çünki ciddi dəyişikliklər olacaq.
Günün ikinci yarısında yaşamın aram axarına müdaxilə etməyin. Tələsmədən, təmkinlə davranın. Axşam saatları romantik görüşlər üçün əlverişlidir.
Dəyər verdiyiniz insanla təmaslarınızdakı problemləri aradan qaldırın.

Dolça – günün ilk yarısında problemlərin həllinə kreativ yanaşma nümayiş etdirin. Enerji azlığı və yaşam tonusunu aşağı səviyyəsinin yaratdığı çətinlikləri aradan qaldıra bilərsiniz.
Günün ikinci yarısı böyük planların reallaşdırılması üçün münasib deyil. Yaxın ətrafınızdakı insanlarla təmaslarda qeyri-format stilə üstünlük verin, rəsmiyyətçilikdən uzaq olun. Dəyər verdiyiniz insanla ünsiyyət xüsusi diqqət tələb edir. Onun yardımınıza və dəstəyinizə ehtiyacı var.
Axşam saatlarını ailə üzvlərinə həsr edin.

Balıqlar – günün ilk yarısında planlaşdırılmış işlərlə maneələr və əngəllər yarana bilər. Dünənədək aktual sayılan məsələlər indi önəmini itirməkdədir. Hətta onlar sizə mənasız təsir bağışlayacaqlar.
Günün ikinci yarısında yaxınlarınızla münasibətlərdə anlaşılmazlıqların yaranmasına imkan verməyin. Ziddiyyətlər yalnız ilk baxışdan çətin, çözülməz təsir bağışlayır.
Yaşananları izafi emosiyalar olmadan qəbul edin. Cari işlərinizlə məşğul olun, ənənəvi çərçivələrdən kənara çıxmayın.
Axşam saatlarında situasiyaya daha nikbin baxışlar istisna deyil. Romantik görüş üçün pis zaman deyil. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO