İdman 01.04.2019 10:39

Vaqif Sadıqov: “Taleyim xasiyyətimdi” - FOTO - VİDEO

 

Bu gün Azərbaycan futbolunda oyunçu və məşqçi kimi xidmətləri olan, MDB məkanında ölkə futbolunu layiqincə təmsil edən, klublarda və milli yığmalarda baş məşçi kimi fəaliyyət göstərən, futbol tariximizə gətirdiyi “Azərbaycansayağı künc zərbəsi” ilə uğurlar qazanan, AFFA-nın İcraiyyə Komitəsinin üzvü, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqovun doğum günüdü. Düz 60 il bundan əvvəl – 1959-cu ilin aprelin 1-də dünyaya gələn Vaqif müəllim əlamətdar yubileyini çoxlarının gözlədiyi kimi deyil, özü bildiyi kimi son dərəcə sakit qeyd edir. Belə bir məqamda  yubilyarla tam başqa mövzu ətrafında həmsöhbət olduq.

– Vaqif müəllim, sizi yubileyiniz münasibətilə səmimi qəlbdən təbrik edirik.

– Çöx sağ olun, minnətdaram.

– Doğum günü insan üçün həm də bir hesabat anıdır. Bu mənada bilmək istərdik ki, siz Vaqif Sadıqovu necə səciyyələndirərdiniz ?

– Xasiyyətinə uyğun taleyi olan insan.

Bəs doğum günü anlayışını necə şərh edərdiniz ?

– Ömrün pillələri. Ötən hər dəqiqə ilə keçmişimiz artır, gələcəyimiz isə azalır. Bu mənada bu günə dəyər vermək lazımdır.

Onda bu gününüzdən razısınızmı ?

– Bəli. Çünki insan üçün vacib olan amillərin hər birinə sahib olmuşam. Allahımdan başqa heç kimdən ummamışam.

(Atam,anam, bacım və mən. 1969-cu il)

– Ailə vəziyyətiniz buna imkan veribmi ?

– Atamla anam son dərəcə ağır və oxşar həyat yaşayıb. Anam 3 yaşında valideynlərini itirib və uşaq evində böyüyüb. İlk əmək fəaliyyətinə başlayanda isə 13 yaşı olub. Lenin adına Bakı Toxuculuq fabrikində 50 ildən artıq işləyib. Əmək fəaliyyəti sayəsində 1967-ci ildə Azərbaycan Ali Sovetinin deputatı seçilib.

 

Atam isə 4 yaşından atasız yaşayıb. Həmin illərdə atasını İrana deportasiya ediblər. Ağlı kəsəndən ailəni dolandırmaq üçün min-bir əziyyətə qatlaşıb. Atası iranlı olduğuna görə atamın soyadı yox idi. Ailə quranda isə anamın soyadını götürmüşdü. Bir sözlə, valideynlərimin zəhmətkeşliyi mənim üçün həyat dərsi olub.

(Anam, bacım və mən. 1962-ci il)

– Ömrün ötən günlərini xatırlayanda ağır anlarınız hansı illərə düşüb ?

– Özüm valideyn olsam da, həyatımın ağır anını valideyn itkisi hesab edirəm. 2011-ci ildə anam, 2016-cı ildə isə atam dünyasını dəyişdi. Bu mənə son dərəcə ağır təsir etdi. Sanki onlar olanda uçurdum, indi isə yeriyirəm.

 

Axı çoxları sizi optimist insan kimi tanıyır.

–  Nazim Hikmət deyib ki, insanın ən yaxşı illəri o illərdi ki, hələ ki onu yaşamayıb. Yəni gələcəyə böyük ümidlə baxmaq lazımdı. Bu mənada bəli, optimistəm.

– Bəs xoş günləriniz …

– Bu da ömrün bir hissəsidi. Dünyaya gəldiyin gün, valideynin övladdan və övladın valideyndən qürur duyduğu anlar, arzuların çin olması… həyatın xoşbəxtliyidir.  

–  Bəs topa sevginiz neçə yaşınızdan başlayıb ?

–  Ağlım kəsəndən. Məktəbin futbol meydançası ilə üzbəüz yaşadığımızdan demək olar ki, günüm meydançada keçirdi. Dahi futbolçularla ciddi maraqlanırdım. Atam da futbol oynayıb. Bu foto 1953-cü ildə çəkilib və soldan 3-cü atamdı.

– Futbola belə həvəsiniz vardısa, niyə idman dərslərindən “2” alırdınız ?

– İdman adətən son dərsimiz olurdu və məşqə getdiyim üçün iştirak edə bilmirdim. Buna görə də millinin məşqçilərinin məsləhəti ilə 6 saylı İdman internat məktəbinə keçdim.

(Mingəçevirdə “Dəri top”turniri. 1970-ci il)

(Bakı Neft-qaz stadionu. 1972-ci il)

 

– Futbol həyatınız göz qabağında olduğundan görünməyən tərəfinə toxunmaq istərdik. Futbola həyəcansız baxmaq olurmu ?

– Hərdən özüm-özümə də bu barədə sual verirəm. Futbola həyacansız baxmaq mümkün deyil. Bu onu göstərir ki, hələ də futbolda yaşayıram. Budur futbolun gözəlliyi.

(“Neftçi” komandası. 1986-cı il)

 

(“Neftçi” komandası. 1989-cu il)

 

– İnsanın gözəlliyini nə ilə ölçərdiniz ?

– Dahilərdən biri deyib ki, insanı gözəl edən üzdü, üzdə də gözdü, ancaq insanı insan edən ağzından çıxan sözdü.

– Bəs həyat fəlsəfəniz necədi ?

Yaxşılıq etdiyini və sənə olunan pisliyi unutmaqla öz həyatını yaşa.

– Söhbətimiz qısa və lokanik keçir.

– Həzrət Əli deyib ki, söz dərman kimidi, azı xeyrindi, çoxu zərərin.

Onda gəlin söhbətimizi fotoların gözü ilə davam etdirək.

Buyurun.

(Azərbaycansayağı künc zərbəsi. 1994-cü il)

 

 

 

Bakı. 1981-ci il

Bakı. 1987-ci il

İsveçrə. Surix. 1998-ci il.

Bakı. 2019-cu il

“Nistru” komandası. 1988-ci il

“Neftçi” Azərbaycan kubokunun sahibi, ölkə çempionatının bürünc mükafatçısı və superkubokun qalibi. 1994-95-ci illər.

“Maşın Sazi” Təbriz (İran). 2003-cü il.

“Anji” komandasının mətbuat konfransı. Rusiya. 2011-ci il

“Anji” komandası. Rusiya. 2011-ci il

“Anji” komandası. Rusiya.  Eto O ilə. 2011-ci il

“Anji” komandası. Rusiya. Roberto Karlos ilə. 2011-ci il

İtaliya yığmasının baş məşqçisi Konte ilə. Sank-Peterburq şəhəri. 2015-ci il

 

 

Türkiyə yığmasının baş məşqçisi Fateh Terim ilə. Sank-Peterburq şəhəri. 2015-ci il

 

 

 

 

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO