Sosial 15.08.2019 13:31

Vilayət Eyvazov inqilabi dəyişikliklərə hazırlaşır

Daxili İşlər naziri Vilayət Eyvazov artıq start verdiyi kadr islahatları ilə kifayətlənməyəcək, həm də ciddi struktur dəyişikliyi edəcək. 
Rakus.az xəbər verir ki, məlumata görə, yeni nazir işə başlayan ilk gündən polisin reputasiyasının yaxşılaşdırılması, insanların hüquq-mühafizə orqanlarına münasibətinin dəyişməsi üçün ciddi layihələr həyata keçirməyə başlayıb. Bunun üçün o, ilk növbədə hamı tərəfindən birmənalı şəkildə rüşvət, korrupsiya mənbəyi kimi qəbul edilən bəzi qurumların yenidən qurulması, bəzilərinin isə tamamilə ləğv edilməsi barədə tədbirlər planı hazırlayıb.
Məlumata görə, yeni nazir ilk olaraq Qeydiyyat-İmtahan İdarələrinin ləğvini nəzərdə tutub.
Yada salaq ki, bu idarələrin ləğv edilməsi xeyli müddətdir, müzakirə mövzusudur. Əsas işi sürücülük vəsiqələrinin və avtomobillərinin dövlət qeydiyyat nişanlarının verilməsi olan bu idarələrin səlahiyyətinin başqa aidiyyəti qurumlara verilməsi dəfələrlə gündəmə gəlsə də, hansısa  qüvvələr onu ertələyib. Yeni nazir isə bu işi tez bir zamanda həll etməyi planlaşdırıb.
Vilayət Eyvazovun nəzərdə tutduğu daha bir addım isə kifayət qədər sensasion hesab oluna bilər. O, əksər Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da yol polisinin ümumiyyətlə, ləğv olunmasını istəyir. Yeni nazir böyük vəsaitlər hesabına alınmış radarlar, təhlükəsizlik kameraları olduğu halda yol polisi ordusuna zərurət hesab etmir.
Mənbənin verdiyi məlumata görə, yol polisinin səlahiyyətləri əsasən üç qurum arasında bölünəcək – Post Patrul Xidməti, Nəqliyyat Agentliyi, ASAN xidmət.
Bu köklü dəyişikliyin ilin sonuna qədər reallaşması gözlənilir.
“Polisə Dəstək” İctimai Birliyinin sədri Şəmsəddin Əliyev hesab edir ki, yol polisinin ləğvi indiki halda aktual deyil: “Avropanın yedəyində getməyə lüzum yoxdur. Dövlət Yol Polisi ləğv edilməməlidir. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra, biz insan hüquqları ilə bağlı ümumiyyətlə təhlükəsizliyin təmin olunması, vətəndaşların hüquq və azadlıqlarının mühafizəsi ilə bağlı demək olar ki, bütün normalara, konvensiyalara, müqavilələrə qoşulmuşuq. Bu baxımdan Azərbaycanda istər yol hərəkətinin tənzimlənməsində, istər piyadaların qorunması, istərsə də vətəndaşın digər müraciət hüququnun təmin olunması istiqamətində kifayət  qədər meydan var və yetərli qədər də iş görülür.
Həm dövlətin, həm təhülkəsizliyinin təmin olunmasında, həm də sabitliyin dayanıqlı qorunmasında bu DİN-in hədsiz dərəcədə əməyi var.
Ola bilsin, Avropa ölkələrində yol polisi yoxdur. Amma Azərbaycanda bu gün yol polisinə çox böyük ehtiyac var.
Pentensiar xidmət nə qədər Daxili İşlər Nazirliyin nəzdində idi, hər şey yaxşı idi. Amma biz birdən-birə onu Ədliyyə Nazirliyinə verdik ki, Avropada belədir. Bir müddət o keçid ərəfəsində bəzi mürəkkəb çətinliklər oldu. Daxili İşlər Nazirliyinin kifayət qədər təcrübəsi və peşəkarlığı hiss olunan bu qurumları ləğv etmək və yeni bir quruma vermək və yaxud ASAN xidmətə vermək çətin məsələdir. ASAN xidməti hədsiz dərəcədə şişirtmək olmaz. Belə çıxır ki, ASAN xidmət qurumların alternatividir. Bu addımın atılmasına lüzum görmürəm”.
Keçmiş polis rəisi, Almaniyada yaşayan hüquq müdafiəçisi Əlövsət Əliyev isə yol polisinin və yol polisinin tabeliyində olan qurumların ləğv edilməsinin, başqa aidiyyəti qurumlara verilməsinin vacib olduğunu bildirib: “Məsələn, Sürücülük vəsiqələrinin verilməsi ilə bağlı imtahanı polis niyə götürməlidir? Bu, korrupsiyaya yol açan haldır. Bu qədər yol polisi nəyə lazımdır? Onda dövlət külli miqdarda vəsait xərcləyərək radarları, kameraları niyə alıb? Yollarda avtomobil qovan yol polislərini daha çox dəftərxana işlərinə cəlb etmək lazımdır ki, kameralara, radarlara nəzarət gücləndirilsin. Cərimələrin vaxtında sürücülərin ünvanına çatdırılması məsələsində operativlik təmin olunsun”.
Ə.Əliyev hesab edir ki, yol polisinin ləğv edilməsi yaxın zamanlarda reallaşa bilər: “Vilayət Eyvazov Avropa təcrübəsini bilən, bu prosesləri yaxından izləyən adamdır. Və yenilikləri tətbiq etməyə meylli şəxsdir. Hesab edirəm ki, o, polis sistemində çox ciddi dəyişikliklər edəcək”. (BakuPost)

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO