İdman 16.08.2019 14:34

Bu gün Türkiyə Superliqasına start veriləcək - FOTO

Avqustun 16-da futbol üzrə Türkiyə Superliqasının 2019-2020-ci illər mövsümünə start veriləcək.

Rakus.az xəbər verir ki, çempionatda 18 komanda mübarizə aparacaq. Birinci turun oyunları dörd günü əhatə edəcək.

Sayca 62-ci mövsümün açılış matçında – avqustun 16-da sonuncu çempion “Qalatasaray” komandası Dənizli Atatürk Stadionunda debütant “Dənizlispor”un qonağı olacaq. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimə Peşəkar Futbol İntizam Qurumu tərəfindən üç oyunluq cəza verildiyi üçün o, qarşılaşma zamanı komandaya rəhbərlik edə bilməyəcək.

Avqustun 17-də “Beşiktaş” komandası “Sivasspor”, “Alanyaspor” klubu “Kayserispor”, “Rizəspor” isə “Gənclərbirliyi” səfərinə yollanacaq. Turun “Konyaspor” – “Ankaragücü”, “Göztəpə” – “Antalyaspor”, “Kasımpaşa” – “Trabzonspor” və “Yeni Malatyaspor” – “Başakşəhər” görüşləri avqustun 18-də oynanılacaq. Sonuncu mövsümdə uğursuz çıxış edən “Fənərbağça” avqustun 19-da öz meydanında “Qaziantepspor”u qəbul edəcək.

Yeni qaydaların tətbiq olunacağı Superliqanın 2019-2020-ci il mövsümünə gələn il mayın 17-də yekun vurulacaq.

Xatırladaq ki, mayın 26-da yekunlaşan sonuncu mövsümdə ardıcıl olaraq 2-ci, tarixində 22-ci çempionluğunu rəsmiləşdirən “Qalatasaray” Superliqanı 69 xalla lider kimi başa vurmuşdu. Altmış yeddi xala malik “Başakşəhər” çempionatda ikinci yeri tutmuşdu. Hər iki klub Türkiyəni UEFA Çempionlar Liqasında təmsil etmək imkanı qazanmışdı. Hesabında 65 xal olmuş “Beşiktaş” turnir cədvəlində üçüncü, 63 xal toplamış “Trabzonspor” dördüncü, “Yeni Malatyaspor” isə 47 xalla beşinci olub və UEFA Avropa Liqasında mübarizə aparmaq hüququ əldə etmişdilər. “Fənərbağça” 46 xalla turnir cədvəlində altıncı sırada yer almışdı.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO