Mədəni 19.08.2019 11:28

Çıraqqala dünyada ikinci istehkam olub - FOTO - VİDEO

 

 

Bakı şəhərindən 150 km aralıda yerləşən Çıraqqala 1232 metr hündürlükdə olmaqla V-VI əsrlərdə inşa olunub. Məlumatlara görə, Çıraqqala, əsasən istehkam qarovulxana məqsədi ilə Sasani hökmdarları tərəfindən tikilmişdir. Gilgilçay səddinin baş qarovulxanası olub. Buradan geniş bir ərazini nəzarət altında saxlamaq və düşmənin gəlişini görüb tonqallar vasitəsilə ətrafa xəbər vermək mümkündür. Sonralar elə bu məqsədlə həmin qaya başında möhtəşəm qala tikilmiş və onun indi salamat qalan ən uca bürcündə tonqal qalanarmış.

Bura həm də qala rolunu oynayırmış və təqribən Xəzər dənizindən Baba dağın ətəklərinə qədər uzanan səddin üç böyük qalasından biri imiş. İki qala və səddin böyük bir hissəsi tarixin zərbələrinə davam gətirməyərək uçub dağılmış, “Çıraqqala” isə öz əzəməti, vüqarı ilə hələ də insanları heyran etməkdədir.

Çıraqqalanın adının yaranmasının da bir neçə izahı vardır. Abbasqulu ağa Bakıxanov “Gülüstani-İrəm” əsərində bu qalanın adını “Çıraqqala” kimi göstərmiş və o,bu adlada tanınmağa başlamışdır. Lakin yerli əhali həmişə və bu gündə belə qalanı “Çaraqqala” adlandırır və orada orta əsrlərdən qala şəhər olmasını göstərirlər. Qalanın bir neçə kmliyindəki kəndin Çaraq olması,qalanın yerləşdiyi dağ zirvəsinin adınında Çaraq qaya olması deyilənləri bir daha təsdiqləyir. Qalanın sadəcə düşmənin gəlişini xəbər vermək üçün tikildiyi də inandırıcı deyildir. Belə ki, qalanın ərazisinin böyüklüyü və ərazinin 4 tərəfdən keçilməz olan təbii sıldırımlı qaya üzərində yerləşməsi,möhtəşəm qala divarları ilə əhatələnməsi və eləcədə 17 bürcünün olması buranın qala şəhər oldugunu göstərir. Eyni zamanda məlumdur ki, bu qalanın Sasanilər tərəfindən təyin edilmiş ilk hakiminin də adı Çora və ya Çara olmuşdur. Onda bu qala şəhərcik ətraf əhali tərəfindən Çara yaşayan qala adlanması daha inandırıcıdır. Dilimizin xüsusiyyətlərinə əsasən Çara qala dönüb Çaraqqala olmuşdur. Lakin bu günə qədər tarixçi alimlər arasında yekdil rəy yoxdur və buna görədə biz A.A.Bakıxanovun yazdığı rəvayətə və bu günki deyimə uyğun olaraq qalanı “Çıraqqala” kimi göstərilir.

Tarixi mənbələrdə göstərilir ki, “Çıraqqala”nın yerləşdiyi möhtəşəm Gilgilçay səddi, bəzi mənbələrə görə, məşhur Çin səddindən sonra dünyada ikinci nəhəng müdafiə istehkamıdır. Bu sədd faktiki olaraq şimaldan cənuba keçilməsi mümkün olan bütün yolları bağlayır. Səddin üzərində hər 32,5 metrdən bir bürc və ya qüllə ucaldılıb. Səddə ən böyük bürcün hündürlüyü 14,7, eni isə 7,2 metrdir. Divarlar və bürclər əsasən bişmış və çiy kərpicdən hörülüb. Çıraqqala mərkəzi qala da daxil olmaqla 17 bürcdən ibarət düzbucaqlı formasındadır. İndi həmin bürclərin ancaq üçü salamat qalıb.

Qeyd olunur ki, 1952-ci ilə qədər bürclərin bir hissəsi,narınqala və baş bürc salamat idi. Qala altı deyilən yerdə naftusiya suyunun kəşfi və burada sanotoriyanın tikilməsi, qalanın isə mühavizə olunmaması onun sürətlə dağılmasına təkan oldu.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 23 iyun 2003-cü il tarixli 1262 nömrəli Sərəncamı ilə “Çıraqqala” tarixi kompleksi tarixi qoruq elan edilmiş və onun qorunması və bərpası üçün əlaqədar təşkilatlara mühüm tapşırıqlar verilmişdir.

Dünən dünyanın nəhəng müdafiə istehkamlarından bir olan bu qalanı olduq. Qalanın sıldırım qayalar üzərində tikilməsi, bütün ərazinin çox rahatlıqla seyr edilməsi, nahat müdafiə olunması, coxrafi mövqeyinin son dərəcə mükəmməlliyi diqqət çəkirdi. O dövrün texnikası ilə bu cür möhtəşəm bir memarlıq üslubunda olan qalanın tikilməsi son dərəcə böyük əhəmiyyət kəsb edir. Bu mənada qalanın tək müdafiə məqsədilə ucaldılmasını iddia edənlərlə razılaşmaq olmaz. Çünki yüksəkliyi coxrafi mövqeyi daha böyük məqsədlərdən xəbər verir. Görüntülər bunu bir daha təqsiqləyir.

Hazırda qayaya qalxmaq üçün piyada yolu çəkilir. Təbii ki bu da ərazinin turistlər tərəfindən daha çox seyr ediləcəyinə zəmin yaradır. Çünki sirlərlə dolu olan qala tariximizin qədimliyini göstərməklə xalğımızın fitri istedadının real nümunələrindən biridir.

Xatırladaq ki, Respublika Prezidenti İlham Əliyevin 13 mart 2019-cu il tarixli sərəncamı ilə Şabran rayonunun ərazisində yerləşən, V–VI əsrlərə aid “Çıraqqala” abidəsində möhkəmləndirmə və bərpa-konservasiya işlərinin görülməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.67-ci bəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə ayrılıb.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS