Mədəni
21.08.2019
11:24
Əlli beş yaşlı kitab adam – Tələbə yazır

Çoxdandır Azərbaycan jurnalistikasında sözünü deyən, öz dəst- xətti ilə fərqlənən, “525-ci qəzet”in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi, şair, publisist Rəşad Məcid haqqında yazmaq üçün uyğun vaxtın gəlməsini gözləyirdim. Nəhayət, belə bir gün gəlib çatdı.
Onun haqqında daha əvvəldən eşitsəm də, özünü ilk dəfə 4-5 il əvvəl, yəni hələ tələbə adını qazanmazdan qabaq bir tədbirdə görmüşdüm. Yaxınlaşıb, görüşmək istəyirdim. Amma həyəcanlı idim. Həm də çəkinirdim, utanırdım. “Rəşad Məcid adlı- sanlı jurnalistdir. Mən isə hələ gələcəkdə jurnalist olmaq istəyən bir abituriyentəm. İndi ona yaxınlaşmağım düzgün olarmı?” deyə düşünürdüm. Nəhayət, iradəmi topladım, baş redaktora doğru bir-iki addım atdım, əl uzatdım. Özümü təqdim etdim, abituriyent olduğumu, jurnalisika fakültəsinə hazırlaşdığımı dedim. Elə ilk saniyələrdən məni o qədər səmimi, o qədər mehriban qarşıladı ki, həyəcanım xeyli azaldı. Nəticədə həmin bir neçə dəqiqəlik söhbət xatirəmdə əbədi qaldı.
Tədricən Rəşad müəllimin göstərdiyi diqqət və qayğı, “525-ci qəzet”in redaktoru Aydın Bağırovun köməkliyi ilə adını çəkdiyim mətbu orqanda ilk yazılarım dərc olunmağa başladı. Əslində Rəşad Məcid bütün gənclərə yardım edir, onlardan, yəni bizdən öz tövsiyə və məsləhətlərini əsirgəmir. Gənclərə inanır, arxalanır. Hərdən bu və ya digər mənfi tendensiyanı görüb əsəbiləşsə də, tənqid etsə də, gənclərin inkişafı, öz yaradıcılıq qabiliyyətlərini təkmilləşdirmələri üçün əmək sərf edən də yenə odur. Bunu “525-ci qəzet”lə ştatdankənar əməkdaşlıq edən Türkan Turan, Mirçingiz Ağazadə və digərləri də təsdiqləyə bilərlər.
Tanınmış jurnalistin keçirdiyi müxtəlif müsabiqələr, sorğular birbaşa olaraq gənclərin yaradıcılıq potensialının müəyyənləşməsinə, inkişafına xidmət edir. Məsələn, bir neçə ay əvvəl Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda maraqlı bir müsabiqə təşkil olundu. Gənclər ən sevdikləri kitab haqqında iki dəqiqə ərzində münsiflər heyətinə məlumat verib, əsərin məzmunundan danışdılar. Həmin tədbirdə mən də iştirak etdiyimə, yəni birbaşa hadisənin şahidi olduğuma görə deyə bilərəm ki, Rəşad müəllim böyük diqqətlə bizi dinləyirdi. Hələ kitabların müzakirəsi başlamazdan əvvəl gənclərlə o qədər səmimi söhbət edirdi ki, sanki respublikada tanınan ünlü bir qələm sahibi yox, onların dostudur. Əslində həqiqətən də, o, gənclərin dostudur. Həmin tədbirdə qaliblərə ümumilikdə 200-dən çox kitab hədiyyə edildi, xeyli hissəsi də Rəşad müəllimin şəxsi kitabxanasından, hətta aralarında onun müəllifi olduğu kitablar da var idi. Bu bilirsiz nə deməkdir? Yəni Rəşad Məcid gəncləri ədəbiyyata yönləndirmək, onları gerçək həyətla tanış etmək üçün əlindən gələn hər şeyi edir. Çünki o, özü başdan- ayağa sözdür, ədəbiyyatdır. Və, necə deyərlər, zərin qədrini zərgər bilər.
Rəşad Məcid həm də yenilikçidir. Son vaxtlar onun “Qələmsiz yazılanlar” başlığı altında geniş ictimaiyyətə təqdim etdiyi sms-essələr fikrimizi təsdiq edir. Müəllif yazır: “Pulu kitabdan üstün tutanlara nə deyək”?! Mənə elə gəlir ki, Rəşad müəllim üçün kitab hər şeydən daha əziz, müqəddəsdir. Bəlkə də, o, özü elə kitab adamdır. Hər sözündə mütləq bir məna olan kitab adam!
Publisistin başqa bir sms-essesi isə belədir: “Onun bütün sirləri yazdıqlarında gizlənmişdi…”
Kənan Novruzov,
BDU-nun jurnalistika fakültəsinin tələbəsi
BDU-nun jurnalistika fakültəsinin tələbəsi
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
Mədəni, Mətbuat
/
17.04.2025
19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir” - FOTO - VİDEO
Təhlil
/
17.04.2025
14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil
/
16.04.2025
22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat
/
16.04.2025
18:22
Elm və təhsil
/
16.04.2025
13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi
/
16.04.2025
00:01
Siyasi, Sosial
/
15.04.2025
22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə
/
15.04.2025
18:49
Siyasi, Sosial
/
15.04.2025
14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi
/
15.04.2025
13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm
/
15.04.2025
10:06
Video müsahibə
/
14.04.2025
22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil
/
14.04.2025
10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni
/
12.04.2025
22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial
/
11.04.2025
22:23
Siyasi, Sosial
/
11.04.2025
13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil
/
10.04.2025
22:33
Hərbi, Təhlil
/
10.04.2025
13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil
/
10.04.2025
11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi
/
09.04.2025
22:32
Siyasi
/
09.04.2025
13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial
/
08.04.2025
22:27
Müsahibə, Siyasi
/
08.04.2025
18:35
Siyasi, Sosial
/
08.04.2025
14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi
/
08.04.2025
13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə
/
07.04.2025
22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO