Hərbi 21.08.2019 17:30

Eyvazov Avstriyanın ölkəmizdəki səfirini qəbul etdi

Avqustun 21-də Azərbaycanın Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bernd Aleksander Bayerlini qəbul edib.

Rakus.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nazir Azərbaycanla Avstriya arasında əlaqələrin gündən-günə inkişaf etdiyini məmnunluqla diqqətə çatdıraraq iki ölkənin Daxili İşlər nazirlikləri arasında sıx işgüzar əlaqələrin də mövcudluğunu, bu əməkdaşlığın beynəlxalq hüquqi sənədlər əsasında həyata keçirildiyini bildirib. Avropa ölkələrinin polis təşkilatları arasında Avstriya DİN-in ölkəmizin anoloji qurumu ilə ikitərəfli əlaqələr quran ilk orqan olduğunu xatırladan nazir polis təlimi və ixtisasartırma sahəsində iki mühüm sənədin imzalandığını, qarşılıqlı səfərlərin əməkdaşlığın daha da dərinləşməsinə təkan verdiyini xüsusi qeyd edib.

Daxili işlər naziri Vyana şəhər polisindən olan nümayəndələrin Bakıda keçirilmiş “Avrovizyon” mahnı müsabiqəsi, I Avropa Oyunları ərəfəsində Azərbaycana səfər etmələrindən, genişmiqyaslı tədbirlər zamanı ictimai təhlükəsizliyin təmini sahəsində öz təcrübələrini bölüşmələrindən məmnunluğunu bildirib.

O, problemlərdən danışarkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan beynəlxalq terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiyanın diqqət mərkəzində dayandığını və belə qlobal xarakterli təhlükəli hallarla effektiv mübarizədə səylərin birləşdirilməsinin zəruriliyini vurğulayıb.
Səfir Bernd Aleksander Bayerl səmimi qəbula və məlumatlara görə minnətdarlığını bildirib, hüquq-mühafizə fəaliyyəti sahəsində təcrübə və məlumat mübadiləsinin əhəmiyyətini, transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən Daxili İşlər Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib.

Ölkələrimiz arasında iqtisadi, siyasi və digər sahələrdə münasibətlərin  günü-gündən inkişaf etdiyini vurğulayan diplomat fəaliyyəti dövründə müvafiq dövlət qurumları, o cümlədən iki dost dövlətin Daxili İşlər nazirlikləri arasındakı əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırıb.

Səmimi və işgüzarlıq şəraitində keçən görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər də müzakirə olunub.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS