Mədəni 23.08.2019 11:24

Şahmar Ələkbərov obrazlarla tarixləşdi - FOTO

Xalq artistinin 76 illiyinə

Heç nə, heç kim bu dünyada əbədi deyil. Bütün tikililərin sonu xaraba, əşyaların axırı tullantı, canlıların aqibəti ölümdür. Amma tarixə çevrilən hər nə, hər kim varsa unudulmur. O da Azərbaycanın kino tarixində unudulmazlıq qazanan insanlardan biridir. İyirmi yeddi ildir ki, aramızda yoxdur. Fəqət yaşadığı qırx səkkiz ildə elə bir yol keçib ki, hər iki dünyanın rəhmətinə qovuşa bilib. Kino tariximizdə yaratdığı obrazlarla tarixləşən, xalq artisti Şahmar Ələkbərovu deyirəm…

O, 1943-cü ildə Gəncədə dünyaya gəlmişdi. Atası əslən cəbrayıllı Zülfüqar kişi, anası Tiflis əsilli İzulət xanım idi. Şahmar orta məktəbi 15 yaşında Bakı şəhərində başa vurub, Azərbaycan Dövlət Teatr İnstutunun dram və kino aktyorluğu fakültəsinə qəbul olunub. 1964-cü ildə oranı müvəffəqiyyətlə bitirərək Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında aktyor kimi əmək fəaliyyətinə başlayıb.

…Ömür-gün yoldaşı teatrşünas Kamilə Ələkbərova idi. İki ekiz qızı var: İzulət və Ləman. Uzun illərdir ki, xaricdə yaşayırlar. İzulət xanımın həyat yoldaşı Fuad İsgəndərov Azərbaycanın Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri və eyni zamanda Azərbaycanın Avropa İttifaqı yanında nümayəndəliyinin başçısıdır…

Şahmarın kino səlnaməsi “Dağlarda döyüş” filmindən başlayıb. Sonuncu çəkildiyi “Qəzəlxan” filminə qədər bir sıra yaddaqalan obrazlar yaradıb. 1976-cı ildə əməkdar artist, 1989-cu ildə isə xalq artisti fəxri adlarına layiq görülüb…

Ömrünün son yeddi ilini çox ağrılı keçirib. Stomatoloqda dili zədələndiyindən ağzında bəd xassəli şiş yaranmışdıi. 1992-ci ildə Almaniyanın Hamburq şəhərində müalicə olunsa da nəticə uğursuz olub. amma orda bir çarə tapılmayıb.Və 12 avqust 1992-ci ildə, 48 yaşında ikən dil xərçəngindən vəfat edib…

Avqustun 23-ü onun doğum günüdür. Yaşasaydı 76 yaşı tamam olacaqdı. Amma cismən aramızda olmasa da o, hələ də yaratdığı obrazlarda yaşayır. Bəli, əməlləri ilə tarixə çevrilən insanlar heç vaxt unudulmurlar.
Mövludun mübarək, Şahmar Ələkbərov!

Elman Eldaroğlu

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO