Təhlil 25.08.2019 23:39

G-7 sammiti – Avropa liderləri Rusiya nifrəti -TƏHLİL - FOTO

Fransanın Biarritz şəhərində Böyük Yeddilik (G7) sammiti keçirilir.

Rakus.az xəbər verir ki, avqustun 24-dən 26-dək davam edən sammitdə G-7 liderləri yalnız ən mühüm iqtisadi məsələləri həll etməyəcək, onlar həm də anti-qlobalist düşüncələri və müttəfiqlərinə qarşı davakar mövqeyi ilə tanınan ABŞ prezidentinin temperamentini idarə etməli olacaqlar.

ABŞ Prezidenti Donald Tramp artıq Fransadadır. Lakin o, dünya liderləri ilə “çox məhsuldar” danışıqlar aparacağını gözlədiyini desə də, avqustun 23-də Ağ evi tərk edərkən Fransa ABŞ-ın texnologiya şirkətlərinə vergi tətbiq etsə, Fransa şərabına tarif tətbiq edəcəyini söyləyib.

Donald Tramp 

Avropa Şurasının prezidenti Donald Tusk Fransada Böyük Yeddilik (G7) sammitindən öncə çıxış edərkən deyib ki, ötən il “bizim ortaq dil tapmağımız çətin olub”.

Dünyanın ən böyük iqtisadiyyatlarından ibarət G-7 ittifaqı ortaq dil tapmaqda çətinlik çəksə də, Tusk şənbə günü üzvlərin üzləşdiyi problemləri asanlıqla izah edib.

O deyib ki, qrup heç bir halda ABŞ prezidentinin Rusiyanı G-7-ə geri gətirmək təklini qəbul etməyəcək.

D.Tusk həmçinin deyib ki, blok Britaniya ilə razılıqsız “Brexit” üzərində əməkdaşlıq etməyəcək: “Biz operativ, realistik və bütün Aİ üzvlərininin qəbul edəcəyi ideyaları dinləməyə hazırıq”.

O, G-7 qrupuna xəbərdarlıq edib ki, ticarət müharibələri onlar arasında “inamın azalmasına” gətirib çıxaracaq.

Parisdə qərargahlanan Sciences Po İnstitutunun tədqiqatçı professoru Karolin Postel-Viney deyib ki, bu il G-7-ə prezientlik edən Makron Trampla qarşıdurmadan yayınmaq üçünbu ilki sammitə başqa yanaşma tətbiq edəcək. Ötən il Qvebekin Şarlvua şəhərində keçirilən G-7 sammiti zamanı Tramp G-7-nin bir neçə üzvü ilə ticarəti kəsməklə hədələmiş, G-7-ə ev sahibliyi edən Kanada baş naziri Castin Trudonu təhqir edərək, Twitterdə onu “dilsiz-ağızsız və yumşaq” adlandırmışdı.

D.Tramp həmçinin Birləşmiş Ştatlara qarşı cavab tarifləri tətbiq etməyi vəd edən Trudoya etiraz olaraq 2018-ci ilin G-7 sammitinin rəsmi ictimai bəyanatını dəstəkləməmişdi.

Emmanuel Makron

Prezident E.Makron Parisdə müxbirlərə deyib ki, bu ilki sammitin sonunda rəsmi bəyanat olmayacaq: “Buna səbəb Tramp və digər liderlərinİran və iqlim dəyişikliyi kimi mühüm məsələlər üzərindəki fikir ayrılıqlarıdır. Bu, rəsmi bəyanat olmadan başa çatacaq ilk G-7 sammiti olacaq”.

Fransanın Biarritz şəhərində G7 sammitinin rəsmi açılışı olub.

Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniyanın liderləri işgüzar şam yeməyində iştirak ediblər. Sammitin ilk rəsmi tədbirində Avropa Şurasının rəhbəri Donald Tusk da iştirak edib.

İşgüzar şam yeməyindən əvvəl Fransa Prezidenti Emmanuel Makron ABŞ Prezidenti Donald Tramp, Almaniyanın federal kansleri Angela Merkel və Yaponiyanın Baş Naziri Sindzo Abe ilə görüşlər keçirib. Bundan başqa, G7 qrupuna daxil olan Avropa ölkələrinin liderlərinin birgə görüşü də təşkil edilib.

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, sammitdə beynəlxalq böhranların nizama salınması, ticarət mübahisələri üzrə gərginliyin azaldılması və Amazon meşələrində yanğınla bağlı vəziyyət müzakirə olunacaq. Liderlərin zirvə görüşünün əsas mövzusu isə müxtəlif ayrı-seçkilik və qeyri-bərabərlik təzahürlərinə qarşı mübarizə tədbirləri olacaq.

Sammitin işi avqustun 26-da başa çatacaq.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO