Sosial 02.10.2019 15:27

YENİLƏNDİ-2: Şabran rayonunda sahibkara zülm edirlər - FOTO - VİDEO

Sahibkarın təsərrüfatının dağıdılmasını ilə bağlı məsələ rayon səviyyəsində öz həllini tapmadığından və onun şikayəti obyektiv səviyyədə araşdırılmadığından şikayətçiləri Ekologiya və Təbii Sərvətlər naziri qəbul etdi. Bu barədə redaksiyamıza məlumat verən sahibkar Şəmsəddin Məmmədyarov bildirdi ki, nazir Muxtar Babayev şikayətimizi dinlədikdən sonra məsələnin tam dəqiqliyi ilə araşdırılması barədə müvafiq əməkdaşlara tapşırıq verdi.

16.09 saat 16:59

Sahibkar Şəmsəddin Məmmədyarovun təsərrüfatına vurulan ciddi zərərlə bağlı faktlar əsasında dərc etdiyimiz yazıdan sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri rayon isra hakimiyyətinin əməkdaşları ilə birlikdə məsələni araşdırmağa başladı. Sahibkarı işçiləri ilə birlikdə Şabran rayon icra hakimiyyəti başçısının qəbuluna dəvət etsələr də əfsuslar olsun ki, onlar başlarına gələn müsibətləri icra başçısına çatdıra bilməyiblər. Çünki onları başçının qəbuluna çağırsalar da sonradan bildiriblər ki, görüş Ekologiya və Təbii Sərvətlər nazirinin müavini ilə olacaq. Sahibkar işçıləri ilə birlikdə bu görüşə gedib dərdlərini deyib (Həvəskar formada çəkilən video əlavə olunur). Amma  icra hakimiyyət tərəfindən növbəti dəfə aldadıqlarını anlayıblar. Belə ki, sonradan öyrəniblər ki, onlara nazir müavini kimi təqdim  edilən şəxs nazirliyin meşələrin inkişafı departamentinin direktor müavini Ağaqardaş Qaraşov olub. O isə mobil telefonla danışa-danışa təsərrüfatı dağıdılan sahibkarı və işçilərini dinlədikdən sonra məsələnin qısa vaxt ərzində obyektiv araşdırılacağına və dəyən zərərin məbləğinin dəqiqləşdiriləcəyinə söz versə də bu günə qədər heç bir iş görülməyib. Bütün bu çətinliklərə qatlaşan və təsərrüfatının dağıdıldığına görə heç bir məmurdan dayaq görməyən sahibkar Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət etmək məcburiyyətində qalıb. Göründüyü kimi hansısa problemin yerində həll edilməməsi, şikayətlərin araşdırılmaması ölkə rəhbərliyinə edilən şikayətlərin sayını durmadan artırır.

Əks tərəfin mövqeyinin dərci ilə bağlı müvafiq qurumlara müraciət etsək də hələlik heç biri münasibət bildirməyib.

Qeyd: Araşdırmamızı davam etdirəcəyik.

29.09.2019, saat 13:17

Rayon sakini Şəmsəddin Məmmədyarov özünə məxsus xeyli müddətdər ki, kənd təsərrüfatı ilə məşğul olur. Torpaq sahəsində (1,5 hektar) kartov əkir, arıçılıqla məşğul olur. Dövlət siyəsətinə uyğun olaraq kənd təsərrüfatının inkişaf etdirilməsinə öz töhfəsini verməyə çalışan sahibkara sözün həqiqi mənasında zülm edirlər. Redaksiyamıza təqdim etdiyi fotolardan göründüyü kimi kartof sahəsinə yetərincə qulluq edərək normal bir vəziyyətə gətirsə də başqa bir sahibkar tərəfindən onun təsərrüfatına ciddi ziyan vurulub. Belə ki, Bəybala Allayarova məxsus mal qara sürüsü onun kartof sahəsinə soxularaq talan edib. Şəkildən göründüyü kimi məhsulun yığımına az qalmış sahə yararsız hala salınıb.

Belə bir çətin vəziyyətlə qarşılaşan sahibkar kimə müraciət etsə də, onun şikayətinə məhəl qoyan olmayıb. Bildirirki, əvvəlcə mal-qara sahibi Bəybala Allayarova müraciət edib. Başına gələnləri ona desə də söyüş və təhqirlərə məruz qalıb. Sonra 5 saylı regional və təbii sərvətlər idarəsinin rəisi V.Cavadova məlumat verib.

Sahəsi talan edilən sahibkar Şabran rayon icra hakimiyyətinə və müvafiq nazirliklərə də müraciət edib.

Məsələ ilə bağlı rayon meşə idarəsinin rəisi Bəybala müəllimlə telefon əlaqəsi yaradaraq bu iddialara münasibətini öyrənməyə çalışsaq da, o, bu barədə danışmaq istəmədi.

Qeyd: Avqustun 26-da bu barədə dərc olunan yazı texniki səbəblərə (xakerin istiqaməti dəqiqləşdirilir) görə silindiyindən yenidən dərc edirik.

 

 

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO