Sosial 31.08.2019 15:00

Allahşükür Paşazadə Ərəbistanda səfərdədir - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanı Kralının müşaviri Səəd bin Naser Əl-Şesrinin dəvəti ilə bu ölkəyə reallaşan səfəri davam edir.

Rakus.az xəbər verir ki, QMİ sədri avqustun 30-da mənzil-qərargahı Məkkə şəhərində yerləşən İslam Aləmi Liqası təşkilatının Baş katibi Məhəmməd bin Əbdülkərim əl İsa ilə görüşüb.

İdarənin Mətbuat xidmətindən verilən məlumata görə, görüşdə QMİ sədrinin Səudiyyə Ərəbistanına səfər etməsi yüksək dəyərləndirilib, belə görüşlərin Azərbaycan ilə İslam dünyası arasında əlaqələrin dərinləşməsinə və möhkəmlənməsinə böyük töhfə verdiyi qeyd olunub.

Prezident İlham Əliyevin salamlarını və xoş arzularını Baş katibə çatdıran Şeyxülislam A.Paşazadə dəvəti böyük məmnuniyyətlə qəbul edərək Səudiyyə Ərəbistanına səfər etdiyini, burada yüksək səviyyədə qarşılanmasını, göstərilən qonaqpərvərliyi və keçirdiyi mötəbər görüşləri yüksək dəyərləndirdiyini vurğulayaraq, bunun Azərbaycan dövlətinə və xalqına, həmçinin şəxsinə böyük ehtiramın bariz nümunəsi olduğunu bildirib.

Azərbaycan ilə İslam Aləmi Liqası arasında uzun illərdən bəri davam edən əlaqələrin həm ölkəmiz, həm də təşkilat üçün qarşılıqlı önəm və faydasının xüsusi qeyd edildiyi görüşün əsas müzakirə mövzusu bu münasibətlərin perspektivləri olub. İslam Aləmi Liqasının Baş katibi Şeyxülislam Allahşükür Paşazadənin fəaliyyətinin İslam dünyası üçün böyük önəm daşıdığını, onun Azərbaycanın İslam dünyasına inteqrasiyası yönündə səylərinin dəyərli olduğunu vurğulayıb.

Baş katib Məhəmməd bin Əbdülkərim əl İsanı Azərbaycanın bu il noyabrın 14-15-də ev sahibliyi edəcəyi Dünya Dini Liderlərinin II Bakı Sammitinə dəvət edən QMİ sədri dövlətimizin başçısının beynəlxalq müstəvidə İslam həmrəyliyi ideyalarına önəmli dəstəyi barədə məlumat verib. Dəvəti qəbul edən Baş katib böyük məmnuniyyətlə Azərbaycana səfər edəcəyini söyləyib.

Şeyxülislam A.Paşazadə onu da qeyd edib ki, xalqımız və dövlətimiz müsəlman ölkələrinin Azərbaycanın haqq işi uğrunda mübarizəsinə verdiyi dəstəyi yüksək qiymətləndirir, o cümlədən Səudiyyə Ərəbistanının torpaqlarımızı işğal etmiş Ermənistanın bu ölkədə səfirliyinin açılmasına icazə verməməsini buna gözəl nümunə kimi təqdir edir. QMİ sədri ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarında ümumislam irsinin nümunələri olan məscidlərimizə, dini məkanlarımıza qarşı törətdikləri vandalizm hallarına qarşı İslam ölkələrinin, beynəlxalq İslam təşkilatlarının sərt münasibətinin vacibliyinə diqqət çəkib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin Səudiyyə Ərəbistanına səfəri davam edir. Səfər Səudiyyə Ərəbistanı Krallığının “Əl-Bəyan”, “Acil”, “Əl-Mədinə” kimi aparıcı KİV-i tərəfindən geniş işıqlandırılır.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO