DİN-də əmək haqqının artırılması qüvvəyə mindi
Prezident İlham Əliyev iyunun 18-də imzaladığı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının artırılması haqqında sərəncam bu gün qüvvəyə minib.
Rakus.az xəbər verir ki, sərəncamla sentyabrın 1-dən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılıb.
Dövlət başçısının Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) aylıq pul təminatının vəzifə maaşlarının orta hesabla 40 faizi həcmində artırılması ilə bağlı sərəncam da bu gün qüvvəyə minib.