Vətəndaşların məhkəmələrdə qəbul vaxtı açıqlandı – CƏDVƏL
Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülür.
Rakus.az xəbər verir ki, vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinin daha səmərəli araşdırılması, qeyri-prosessual münasibətlərə şərait yaradan və haqlı narazılıq doğuran pozuntuların dərhal aradan qaldırılması məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların bilavasitə məhkəmələrdə qəbulları keçirilir. 2019-cu ilin sentyabr ayı ərzində qəbul həyata keçiriləcək müvafiq məhkəmələr və qəbulun tarixi barədə məlumat vətəndaşların diqqətinə təqdim olunur.
Vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın 510-82-96, 510-19-07 nömrəli telefonları və ya info@jlc.gov.az elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.
2019-cu ilin sentyabr ayında Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların məhkəmələrdə qəbulu cədvəli
№ | Qəbulun tarixi və vaxtı | Qəbulun keçiriləcəyi məhkəmə |
1. | 6 sentyabr, saat 10:00 | Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi Ünvan: Sumqayıt şəhəri, Nizami Gəncəvi küç., 5-ci məhəllə, 16/1 Telefon: (018) 654-50-67 |
2. | 13 sentyabr, saat 10:00 | Qəbələ Rayon Məhkəməsi Ünvan: Qəbələ şəhəri, İ.Nəsimi küç., 67. Telefon: (0160) 5-10-88 |
3. | 20 sentyabr, saat 10:00 | Bakı şəhəri Nizami Rayon Məhkəməsi Ünvan: Bakı şəhəri, Nizami rayonu Məhsəti küç. Telefon: (012) 421-08-87 |
4. | 27 sentyabr, saat 10:00 | Abşeron Rayon Məhkəməsi Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küç., 5 Telefon: (012) 342-07-07 |