Mədəni 03.09.2019 01:12

Vaşinqtonda küçə festivalı keçirilir

Vaşinqton əhalisi yayın son günlərini şəhərin mərkəzi küçələrində festival kimi qeyd edir.

Rakus.az xəbər verir ki, 2010-cu ildə etibarən hər yay qurulan alış-veriş bazarı və ya küçə festivalı tarixi Düpond meydanında yerləşən 17ci küçədə baş tutur. Bu meydan Vaşinqton şəhərinin ən turistik məkanlarından biridir. 17-ci küçə festivalından başqa, Düpond meydanında il boyu bir sıra fərqli mədəni tədbirlər keçirilir.

Şəhərin mərkəzində 100-dən çox kiçik biznes sahibi və 60-dan çox rəssam, dizayner öz məhsullarını bu festivalda satışa və nümayişə çıxardır. Açıq hava stendlərində müxtəlif cür hədiyəlik əşya satılır. Bu festivalda nümayiş olunan məhsulların hamısı yerli sənətçilər tərəfindən hazırlanıb. Öz autentikliyi ilə seçilən Vaşinqton festivalında ucuz, keyfiyyətsiz mallara rast gələ bilməzsiniz. Satılan əşyaların böyük hissəsində Vaşinqtonun simvollarına rast gəlmək olar. Belə festivallar paytaxtda yaşayan yerli sənətçilərin Nyu York və ya Kaliforniyadakı sənətçilərdən heç də geri qalmadığını göstərir. Tədbirin əsas məqsədi də gənc, yaradıcı yerli sənətçilərə və kiçik biznes sahiblərinə imkan yaratmaqdır.

Bundan başqa bu festival siyasətçilər, qeyri-hökumət təşkilatları və müxtəlif humanitar yardım qurumlarının da səsini duyuran meydan rolunu oynayır. Paytaxt insanları yay tətillərində də ciddi məsələləri müzakirə etməyə biganə qalmır.

Festivalın təşkilatçıları uşaqları olan ailələri də diqqətə alaraq 17-ci küçədə uşaqlar üçün oyun zonası düzəldib. Həmçinin, bütün gününü festival ərazisində keçirmək istəyənlər oradaca yemək yeyə bilər.

Paytaxtlıları festival boyu fərqli musiqi performansları da gözləyir. Builki tədbirdə caz ustalarının ifasından tutmuş, Çin ritm qrupuna, flamenco rəqslərinə qədər müxtəlif parçalar səslənib. 17-ci küçənin çoxetnik ruhuna uyğun olaraq səhnədə dünyanın dörd bir yanından gələn sənətçilər yer alıb.

XƏBƏR LENTİ
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO