Baş konsul İstanbul valisi ilə vacib görüşdü
Sentyabrın 3-də İstanbul valisi Ali Yerlikaya ilə ölkəmizin bu şəhərdəki baş konsulu Məsim Hacıyevin görüşü olub.
Rakus.az xəbər verir ki, Azərbaycanın İstanbuldakı Baş Konsulluğunda baş tutan görüş zamanı ölkələrimiz arasındakı iqtisadi əməkdaşlığın perspektivləri müzakirə olunub. Bu sahə üzrə əməkdaşlığın daha da artırılması istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
M.Hacıyev dərin mənəvi və tarixi dayaqlara söykənən Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi “Bir millət, iki dövlət” şüarı əsasında inkişaf etdiyini bildirib. Qeyd edilib ki, bu siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
A.Yerlikaya iki qardaş ölkə arasındakı mövcud münasibətlərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin birgə səyləri nəticəsində daha da dərinləşdiyini bildirib. O, bu münasibətlərin bundan sonra da bu istiqamətdə inkişaf edəcəyinə əminliyini vurğulayıb.
Söhbət əsnasında baş konsul İstanbul valisini Bakıya səfərə dəvət edib.