İran Avropaya möhlət verdi – geriyə ciddi addım – TƏHLİL - FOTO
“Əgər Avropa ölkələri Tehrana ABŞ-ın İranın neft ixracına tətbiq etdiyi sanksiyaları yan keçməyə yardım etmək üçün addımlar atmasa, onlar 2015-ci ildə əldə olunan beynəlxlaq nüvə razılığından “ciddi geri addım atacaq”.
Rakus.az xəbər verir ki, bunu hökümət sözçüsü Əli Rabiei deyib.
O bildirib ki, İranın nefti alınmalıdır və İranın satışdan əldə olunan pula çıxışı olmalıdır.
İran rəsmiləri sanksiyalardan azad olumaq müqabilində İranın nüvə proqramını məhdudlaşdıran razılıqdan geri çəkilmək üçün cümə gününədək möhlət verib.
İran zənginləşdirilmiş uranın həcminə və zənginləşdirmə səviyyəsinə tətiq olunan limiti artıq keçib.
Rəsmi Tehran növbəti addımının nə olacağını deməyib, lakin onların uranı hazırkı 4.5 faizdən daha yüksək səviyyədə zəngiləşdirəcəyi və ya razılıq nəticəsində dayandırdığı sentrifuqaları yenidən işə sala biləcəyi deyilir.
Prezident Donald Tramp ötən il nüvə razılığından geri çəkiləndən sonra Birləşmiş Ştatlar sanksiyalar tətbiq edib.