Maraqlı 05.09.2019 08:45

BÜRCLƏR – 5 sentyabr

Qoç – Fenomenal iş qabiliyyətiniz sizin uğurunuzun açarıdır. Enerji və inadkarlıq tələb edən işlərdə sizin rəqibiniz yoxdur. Yorulmaq nə olduğunu bilmirsiniz, eyni işlə uzun müddət məşğul olsanız da, bezmirsiniz. Hərəkətsiz işlərə tez-tez yaradıcı nöqteyi-nəzərdən yanaşırsınız. Gəlirlərinizi artıra biləcək yaxşı ideyalar fikirləşə bilərsiniz.

Yüngül fikirlər və özünüzə həddən artıq güvənməyiniz sizi pis vəziyyətdə qoya bilər. Vacib işləri axırıncı ana saxlamayın. Ümid etməyin ki, həmin işlərlə tez bacara bilərsiniz. Hər işdə ehtiyatlı olmaq tövsiyə olunur.

Buğa – Bu gün hansısa qeyri-adi təcrübə qazanmağınızla bağlı ola bilər. Sizin həyatınızda baş verən hadisələri məntiqlə və sağlam düşüncə ilə izah etmək olmur. Bu bürcün ən həssas nümayəndələri belə hiss edəcəklər ki, həyat məcrasından çıxır, harasa aparan şiddətli bir axına düşür. Lakin yadda saxlayın ki, baş verənlərə görə məsuliyyət sizin üzərinizə düşəcək.

Tələsik hərəkətlər yolverilməzdir, hər bir addımınızı diqqətlə düşünməlisiniz. Böyüklərin məsləhətlərinə qulaq asmağa dəyər.

Əkizlər – Xarici təsir qarşısında həssassınız və arada sizə təzyiq göstərmək istəyən insanlar qarşısında müdafiəsizsiniz. Yanınızda çox yumşaqlıq etməyə, güzəştə getməyə yol verməyən insan olsa yaxşıdır. Çünki bu yumşaqlıq və güzəştlər sizin üçün mənfi nəticələnə bilər.

Gün incəsənətə, şou-biznesə marağın artması ilə də bağlıdır. Əntiq əşyalar və ya bəzək əşyaları almağınız mümkündür. Siz öz həyatınızı daha parlaq və qeyri-adi etmək istəyəcəksiniz. Bürcün bəzi nümayəndələri yaşadıqları məkanı ekstravaqant etmək üçün dəyişikliklər etmək istəyəcəklər.

Xərçəng – Bütün vacib işlərinizi günün birinci yarısında başa vurmağa çalışın, çünki günün ikinci yarısı daha faydalı olacaq. İşgüzar münasibətlər həddən artıq qeyri-sabitdir. Ayırd etmək çətindir ki, kim doğrudan da sizin müttəfiqinizdir, kim sizdən, sadəcə olaraq, öz məqsədinə çatmaq üçün istifadə edir.

Anlaşılmazlıqlar da ola bilər. Onlar xırda və əhəmiyyətsiz olacaq, ancaq sayı çox olacaq. Bu xırda anlaşılmazlıqlar sizin yolunuzda maneəyə çevrilə bilər. Nüfuzlu insanın vaxtında müdaxiləsi vəziyyəti yaxşılığa doğru dəyişəcək.

Şir – Ev qayğıları o qədər çox olacaq ki, şirlərin bəzi nümayəndələrinin fikri işdən yayınacaq. Bəzi pis niyyətli insanlar bu vəziyyətdən yararlanmaq istəyəcəklər.

Bundan başqa, özünüzə qarşı rəhbərliyin hiddətini cəlb edə bilərsiniz, nəticələr isə pis olacaq. Ətrafda baş verən hər şeyə həddən artıq emosional yanaşırsınız. Bu da bəzən ətrafınızdakıları çıxılmaz vəziyyətə sala bilər. Bir qədər səbirli olsanız, vəziyyətin sizin xeyrinizə dəyişdiyini hiss edəcəksiniz.

Qız – Günün birinci yarısı işlə məşğul olmaq üçün əla vaxtdır. Siz vaxtında təşəbbüslər göstərəcəksiniz, enerjinizi doğru istiqamətdə sərf edəcəksiniz və tərəfdaşlarınızla münasibətlərdə özünüzü müdrik aparacaqsınız. Ən çətin anlarda belə sakitliyinizi qoruya biləcəksiniz. Ətrafınızdakılar məsləhət üçün sizə müraciət edəcəklər.

Şəxsi məsələlərin və ev işlərinin həlli üçün yaxşı gündür. Siz nəinki öz emosiyalarınızı, o cümlədən başqalarının emosiyalarını da nəzarətdə saxlayırsınız.

Tərəzi – Əlverişli gündür. Həm işgüzar, həm də şəxsi məsələlərdə yaranmış problemlərin öhdəsindən asanlıqla gəlirsiniz. Əks cinsin nümayəndələri sizə yüksək maraq göstərirlər. Bu gün romantik münasibətlərin başlanğıcı üçün uyğundur. Şəxsi cazibəniz işgüzar görüşlərdə işinizə yaraya bilər.

Öz xarakterinizin ən gözəl cəhətləri nümayiş olunan bu gündə sizə qarşı rəğbətlər anlaşılandır. Yaxın səyahətlər sizi xoş sürprizlərlə sevindirə bilər. Gözlənilməz pul gəlirləri də istisna olunmur.

Əqrəb – Bu gün bir qədər uğursuzdur. Neqativ tendensiyalar sizi axşama qədər izləyə bilər. Ətrafdakıların diqqətini özünüzə cəlb etməyə çalışırsınız, lakin bu, baş verəndə sizin xoşunuza gəlmir. Münaqişələr və uzun müddət sizin gizli düşməniniz olan insanla açıq qarşıdurmalar ola bilər.

Maliyyə vəziyyətiniz o qədər də ürəkaçan deyil. Qənaətcil olmağınız tövsiyə olunur. Öz ünvanınıza tənqidlər də eşidə bilərsiniz.

Oxatan – Bu gün özünüz haqda daha çox düşünəcəksiniz. Qarşıda qoyulmuş məqsədlərə çatırsınız, bu isə sizi daha da ruhlandırır. Yaradıcılıq imkanlarınız geniş olduğuna görə, gözəl ideyalar baxımından çatışmazlıq olmayacaq. Sərmayələr, alış-veriş və maliyyə məsələlərinin həlli üçün münasib gündür.

Yeni bir şeylər öyrənmək imkanını əldən verməyin. Bu, sizin üçün çox faydalı olacaq. Zövq almaq üçün daha çox cəhd göstərəcəksiniz ki, bu da cari işlərdən yayınmağınıza səbəb olacaq.

Oğlaq – İnsanlarla qarşılıqlı anlayışa nail olmaq, lazım olan sözləri demək çətin olacaq. Məhz bu hal əvvəlcədən əldə olunmuş razılaşmaların ləğv olunmasına, işgüzar və şəxsi münasibətlərin pozulmasına səbəb ola bilər.  Şəxsi mənafelərinizi qorumağa cəhd göstərərkən, özünüzü çox sərt aparırsınız. O qədər əhəmiyyətsiz güzəştlərə gedirsiniz ki, qarşı tərəf bunu hiss edə bilmir.

Bu gün lazımsız xərclər də çox ola bilər. Sizin üçün qiymətli olan əşyanı itirmək ehtimalı da var. İşgüzar aktivliyi aşağı salmaq tövsiyə olunur. Sevdiyiniz insanları danlamaqdan çəkinin və nəzərə alın ki, hər bir zarafatınız insanların xətrinə dəyə bilər.

Dolça – Uğurların asanlıqla qazanıldığı, heç bir problem üzərində uzun müddət düşünməyə ehtiyac olmadığı xoş bir gündür. Demək olmaz ki, bu gün mühüm qələbələrlə yadda qalacaq, lakin siz baş verənlərdən razı qalacaqsınız. Öz maraqlarınızı qorumağa hazır olun və yaxınlarınız sizin şəxsi və ya iş həyatınıza müdaxilə etmək istəsələr, bu müdaxilələri dəf edin.

İşdə əlverişli emosional situasiya formalaşacaq. Pis niyyətli adamlar sizin sakitliyinizi görüb təsim olacaqlar.

Balıqlar – Həyat potensialının yüksəlməsi ilə bağlı bir gündür. Bu da sizə xoş əhval, işgüzarlılıq və enerji bəxş edəcək. Qələbə çaldığınızda belə, narahatlığınız sona çatmayacaq və emosional dəstəyə ehtiyac duyacaqsınız. Belə olan halda pis niyyətli insanlar yaltaqlıqla sizin etimadınızı qazanmağa çalışacaqlar.

Siz pullara qarşı düşüncəsiz münasibət bəsləyirsiniz, bəzən onları lazımsız yerlərə xərcləyirsiniz. Biletlər və səyahət üçün əşyalar almaq tövsiyə olunmur. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO