Mədəni 05.09.2019 18:42

“Cəngi” etno-caz qrupu Rusiyada “Dünya musiqiləri – 2019” festivalında iştirak etdi

Rusiyanın Sankt-Peterburq şəhərinin Şeremetyevo sarayındakı Musiqi Muzeyində dördüncü dəfə “Dünya musiqiləri – 2019” etnik festivalı keçirilib.

Rakus.az xəbər verir ki, Mədəniyyət Nazirliyindən bildirilib ki, festival Moskva və Sankt-Peterburq şəhərləri ilə yanaşı, Rusiyanın digər regionlarından və müxtəlif ölkələrdən ən yaxşı musiqiçiləri bir araya gətirib. Tədbirin proqramı etno-rok, etno-caz və etno-elektronika janrlarını əhatə edir. Festival həmçinin müxtəlif xalqların rəqs, poeziya və tətbiqi-dekorativ sənətini də əks etdirir.

Festivalda ölkəmizi Xalq artisti Mircavad Cəfərovun rəhbərlik etdiyi “Cəngi” etno-caz qrupu təmsil edib. Musiqi qrupunun tərkibinə Mircavad Cəfərov (ud), Mircavid Cəfərov (tar), Əməkdar artist Ruslan Hüseynov (bas gitara), Nicat Bayramov (zərb alətləri), Vasif Hüseynzadə (piano) və Əminə Kaykun (vokal) daxildir.

Festival haqqında təəssüratlarını bölüşən Xalq artisti Mircavad Cəfərov azərbaycanlı musiqiçilərin tədbirin açılış günündə səhnəyə çıxdıqlarını deyib: “Rusiyada bizi hər zaman böyük sevgi ilə qarşılayıblar. 90-cı illərdən mütəmadi olaraq bu ölkədə müxtəlif tədbir və festivallarda iştirak etmişik və həmişə də eyni istiliklə qarşılanmışıq. Kollektivimizin səmimi münasibətin əsas səbəblərindən biri də məhz caz-muğam janrında çıxışlarımızdır. Bu unikal sintez vasitəsilə musiqimizin bütün zənginliyini nümayiş etdirmiş oluruq. Festivalda bu dəfə də “Cəngi” öz mahir ifası ilə tamaşaçıları heyran etdi. Güclü alqışlar və minnətdarlıq sədaları ilə yekunlaşan konsertimizə rəhbərlik edən texniki heyət də bizə gözəl musiqimizə görə təşəkkür etdi. Bu da bir daha musiqinin xalqları birləşdirməsinin gözəl nümunəsi idi. Festivalın təşkilatçıları “Cəngi” kollektivinə təşəkkürnamə ünvanlamaqla yanaşı, Azərbaycanın Mədəniyyət Nazirliyinə də minnətdarlıqlarını bildirdilər. Çox möhtəşəm təşkil edilən festivalda ölkəmizi təmsil etmək bizim üçün böyük qürur oldu”.

Musiqiçi festivalda iştiraklarına göstərdiyi dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

Qeyd edək ki, Mircavad Cəfərov “Dünya musiqiləri – 2019” festivalı çərçivəsində 150 nəfərlik auditoriya qarşısında ustad dərsləri də keçib. Ustad dərslərində Azərbaycan milli musiqi alətlərindən bəhs edilib.

“Cəngi” etno-caz qrupunun Rusiyaya növbəti səfəri oktyabr ayında reallaşacaq. Kollektiv bu dəfə Həştərxanda keçiriləcək Beynəlxalq Caz Festivalında ölkəmizi təmsil edəcək.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS