Sosial 06.09.2019 20:37

İsmayıllı: “Yaşıl Market” Ticarət Mərkəzi açıldı - FOTO

 

İsmayıllı şəhərində “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin nəzdində yeni fəaliyyətə başlayan “Yaşıl Market” Ticarət Mərkəzi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların, sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şəraitin bariz nümunəsidir. Ticarət mərkəzi 5 hektar ərazini əhatə edir. Ərazinin 3 hektarı kənd təsərrüfatı və sənaye mallarının satış bazarından ibarətdir. Burada, habelə tikinti materiallarının satış bazarı, avtomobillər üçün 2 dayanacaq, namaz otağı, 22 yerlik otel, 3 yeməkxana və ilkin tibbi xidmət otağı da var.

Rakus.az xəbər verir ki, bu gün İsmayıllıda Yaşıl Ticarət Mərkəzinin açılış mərasimi keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov ölkəmizin davamlı iqtisadi inkişafından söz açıb, yeni ticarət mərkəzində əhaliyə xidmətin yüksək səviyyədə təşkil olunduğunu söyləyib. O, ticarət mərkəzinin daim qonaq-qaralı olan İsmayıllıda küçə ticarətinin yığışmasına təsir göstərəcəyini qeyd edib.

Mərasimdə çıxış edən “İsgəndər ASA Holdinq Şirkətlər Qrupu” MMC-nin vitse-prezidenti Zenfira Quliyeva Yaşıl Ticarət Mərkəzinin əhaliyə yüksək səviyyədə xidmət göstərmək üçün yaradıldığını bildirib. Natiq bu gün Azərbaycanda Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən sosial layihələrdən, insanların həyat səviyyəsinin gündən-günə yüksəldilməsi istiqamətində görülən işlərdən danışıb. MMC-nin vitse-prezidenti minimum əmək haqqının, pensiyaların, dövlət qulluqçularının, dövlət büdcəsindən maliyyələşən digər kateqoriyadan olan işçilərin əmək haqlarının artırılmasının ölkəmizdə insana göstərilən qayğının nümunəsi olduğunu vurğulayıb.

Zenfira Quliyeva ticarət mərkəzində xidmətin yüksək səviyyədə təşkili edildiyini, insanların rahatlığı üçün lazımi tədbirlərin görüldüyünü diqqətə çatdıraraq vurğulayıb ki, yaşlı və xəstə insanlar mərkəzdə elektron xidmətdən yararlana biləcəklər. Belə ki, sifariş verdikləri məhsullar onlara evlərində çatdırılacaq, daşınma pulsuz həyata keçiriləcək. Ayrılan 3 avtobus vasitəsilə şəhərin müxtəlif istiqamətlərindən ticarət mərkəzinə gəliş-gediş pulsuz həyata keçiriləcək. Bazar günləri müxtəlif istiqamətlərdən kənd sakinləri də bu cür xidmətlərdən yararlana biləcəklər.
MMC-nin vitse-prezidenti bildirib ki, hazırda ticarət mərkəzində 400-dən çox işçi çalışır. Yaxın günlərdə daha 60 nəfərin də işə götürülməsi gözlənilir. Burada vətəndaşlara, eləcə də sahibkarlara kənd təsərrüfatı və tikinti sahələrində ucuz və keyfiyyətli xidmət üçün müxtəlif adda xeyli texnika cəmlənib. İlin bütün fəsillərində sifarişlər qəbul edilir.
Açılış mərasimində AMEA-nın şöbə müdiri, professor Rəna Mirzəzadə, Azərbaycan Qadın Sahibkarlar Assosiasiyasının sədri Səkinə Babayeva, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sektor müdiri Mehman Nəbiyev çıxış edərək mərkəzin kollektivini, eləcə də rayon sakinlərini təbrik edib, Azərbaycanın davamlı inkişaf yolunda olduğunu, insanlara xidmətin səviyyəsinin gündən-günə yaxşılaşdığını vurğulayıblar.
Sonda musiqiçilərin ifasında rəngarəng konsert proqramı verilib.

Xatırladaq ki, “Yaşıl Market” Ticarət Mərkəzində kənd təsərrüfatı məhsulları digər ticarət obyektlərindən 30-40 faiz, ət məhsulları 10-20 faiz, geyim əşyaları 30 faiz, məktəb ləvazimatları isə 40 faiz ucuz satılır. İdarəetmədə satış qiymətlərinə, habelə sanitar-gigiyenik qaydalara ciddi nəzarət mexanizmi qurulub. Ət kəsmi sexləri və məhsulların saxlanılması qida təhlükəsizliyi qaydalarına tam uyğundur. Hazırda 70 tonluq soyuducu istifadədədir. Əlavə olaraq 2 min tonluq soyuducunun da qurulması nəzərdə tutulur.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS