Təhlil 08.09.2019 23:39

İranın nüvə proqramı -BAEA-nın narhatlığı – TƏHLİL - FOTO

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Baş direktoru vəzifəsini icra edən Kornel Feruta sentyabrın 8-də İrana səfəri baş tutub.

Rakus.az xəbər verir ki, K.Ferutanın Tehranda İranın Atom Enerjisi üzrə Agentliyinin rəhbəri Əli Əkbər Salehi və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşlərinin mahiyyəti açıqlanmır.

Rəsmi Tehran nüvə proqramını bərpa etdiyini bəyan etdikdən dərhal sonra K.Ferutanın Tehrana səfərə hazırlaşması təsadüfi xarakter daşımır.

İran və Qərb mətbuatında dərc olunan materialların təhlili göstərir ki, həm ABŞ, həm də Avropa ölkələri İranın nüvə proqramını bərpa etməsindən narahat olublar. Buna görə də, İranı danışıqlara razı salmaq üçün beynəlxalq agentliyin rəhbərini Tehrana göndəriblər.

İran tərəfinin öz nüvə proqramının genişləndirilməsinə dair planlarını açıqlayacağı da gözlənilir.

Almaniya və Avropa İttifaqı İranı 2018-ci ildə ABŞ-ın birtərəfli qaydada tərk etdiyi beynəlxalq razılaşmaya bundan sonra da əməl etməyə çağırıblar. Razılaşmanı qismən tərk etməklə İranın öz nüvə texnologiyası və nüvə tədqiqatlarını inkişaf etdirəcəyi ehtimal olunur.

İranın Atom Enerjisi üzrə Agentliyinin təmsilçisi Bəhruz Kamalvəndi sentyabrın 7-də deyib ki, İranın nüvə proqramının bərpası istiqamətində atdığı üçüncü addım əsasən nüvə texnologiyasının inkişaf etdirilməsindən ibarət olacaq.

O bildirib ki, İran artıq nüvə proqramını bərpa edib və uranı 20 faizdən çox həcmdə zənginləşdirmək niyyətindədir.

B.Kamalvəndi qeyd edib ki, İran əvvəlki illərdə olduğu kimi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nümayəndələrinin nüvə obyektlərinə baxış keçirmələrini qadağan etməyəcək. Onlara istənilən nüvə obyektində aparılan işlərlə tanış olmaq üçün imkan yaradılacaq.

O diqqətə çatdırıb ki, əgər Avropa ölkələri “Nüvə sazişi” üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirsələr, onda İran nüvə tədqiqatlarının bərpasını dayandıra bilər.

İranın milli televiziyasında çıxış edən Prezident Həsən Ruhani isə bəyan edib ki, vəziyyətin bu həddə çatması və rəsmi Tehranın nüvə proqramını bərpa etməsinin təqsirkarı ABŞ-dır.

Xatırladaq ki, K.Ferutanın səfəri nüvə üzrə beynəlxalq təşkilat rəhbərinin son 2 ildə İrana ilk səfəridir. BAEA-nın baş direktoru Yukiya Amano iyulda vəfat etdikdən sonra, onun səlahiyyətlərini müvəqqəti olaraq K.Feruta icra edir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO