Maraqlı 08.09.2019 08:45

BÜRCLƏR – 8 sentyabr

Qoç – İstənilən birgə fəaliyyətdə ehtiyatlılıq lazımdır. Bu gün hətta adətən asanlıqla dil tapdığınız adamlarla da yola getmək çətin olacaq.

Yaxınlarınızı sevindirmək üçün bəhanəniz olacaq. Köhnə dostlarınızda xoş xəbərlər mümkündür, sevgiliniz tərəfindən sürprizlər də istisna deyil. Lakin olduqca çox şey gözləməməlisiniz – ətrafdakılara qarşı həddindən artıq tələb ciddi problemlərə səbəb ola bilər.

Buğa – Düzgün seçilmiş taktika nəticəsində rəqibləriniz üzərində qələbə qazana bilərsiniz. Lakin müttəfiqlərinizə həddindən artıq inamınız üzündən itkilər də istisna deyil. Onların fəaliyyətlərinə nəzarət etməyə çalışın, dəqiq tapışırıqlar verin: qarşılıqlı anlaşmanın çatışmazlığı ağır nəticələr verə bilər.

Şəxsi xarakterli problemlər istisna deyil. Lakin bu çətinliklərin öhdəsindən gəlməkdə sizə valideynləriniz yardım edə bilərlər. Sevdiyiniz şəxsin tənqidi fikirlərinə qullaq asmağa dəyər: onlar tamamilə konstruktivdirlər.

Əkizlər – Qeyri-populyar qərarlar qəbul etməli olacaqsınız. Lakin yəqin ki, onları dəstəkləməyə hazır olan adamlar tapılacaq. Tənqidə, onlar o qədər də nəzakətlə deyilməsə belə, sakit yanaşmaq lazımdır. Adi, yeknəsək işlər çox vaxtınızı alacaq.

Günün əhəmiyyətli hissəsi keçmişlə bağlı xatirələr və düşüncələrə həsr olunacaq. Bu gün sizin əhval-ruhiyyənizi konstruktiv adlandırmaq olmaz. Səhvləri təhlil etmək və nəticə çıxarmaq əvəzinə, özünüzü söyür və tənqid edirsiniz. Bu, yaxınlarınızla rahat ünsiyyətə mane olur, ruhi tarazlığı pozur.

Xərçəng – Nəzərə çarpan olmasa da, xoş gündür. O, nə iləsə keçmişə qayıdışla yadda qalacaq. Lakin bu, indini unutduracaq qədər güclü olmayacaq. Gün birgə layihələr üçün çox münasibdir – ailəvi, kommersiya və ya yaradıcı layihələr.

Axşam saatları elmi ədəbiyyat oxumaq, xarici dil öyrənmək və ya tədqiqat işləri üçün əlverişlidir.

Şir – Günün ahəngdar və sakit gedişi əsas məsələni sizin diqqətinizdən qaçıra bilməz: böyük ümidlər bəslədiyiniz başlanğıclar təəssüf ki, uğursuzluğa məhkumdur. Əməkdaşlıq, istənilən birgə fəaliyyət çoxsaylı problemlərlə müşayiət olunacaq. Xoşbəxtlikdən yanınızda sizə köməyə gəlməyə hazır olan adam var.

Yaradıcılıq potensialının həyata keçirilməsi, müsiqi, rəsm və ədəbiyyatla məşğul olmaq üçün çox əlverişli gündür. İstedadınız diqqətdən kənarda qalmayacaq, ünvanınıza çoxsaylı xoş sözlər eşidəcəksiniz.

Qız – Asan və gözəl gün olduğunu demək olmaz. Lakin hadisələrin inkişaf məcrası sizin üçün münasib görünəcək. Müsbət tendensiyalar tezliklə güclənəcək. Hələlik isə sakitcə işləmək, cari məsələləri həll etmək lazımdır.

İstər işgüzar, istərsə də dostluq ünsiyyəti üçün əlverişli gündür. Maraqlı təkliflər mümkündür. Həyatınızı dəyişməkdən qorxmayın – sağlam düşüncə və ulduzlar sizi səhvlərdən qoruyacaq.

Tərəzi – Prinsiplərinizə sadiq qalın. Bü, çox vacibdir. Çünki bəzən sizə elə gələ bilər ki, şərait zidd nəsə tələb edir. Bütün işlərin öhdəsindən təkbaşına gəlməyə çalışmayın. Mümkün olan yerdə məsuliyyəti bölüşün.

Yaxınlarınızla münasibətlər kifayət qədər gərgin olacaq. Bu günü “itkisiz” keçirmək şansı var. Bunun üçün yalnız ehtiyat və ağıl lazımdır.

Əqrəb – Səy göstərməklə uğur əldə etmək olar. Lakin sürprizlər və gözlənilməz dönüşlərə də hazır olmaq lazımdır. Bu gün həyat qəbul edilməsi asan olmayan hədiyyələr gətirəcək. Əgər yenilikdən qorxmursunuzsa, irəliyə vacib addımı ata bilərsiniz. Maliyyə çətinlikləri mümkünür. Cərimələr və başqa xoşagəlməz xərclər istisna deyil.

Şəxsi münasibətlərdəki problemlər ciddi yanaşma, başqalarının məsuliyyətini öz üzərinə götürmək bacarığı sayəsində həll oluna bilər. Sonradan peşimanlığını çəkəcəyiniz hərəkətlər istisna deyil.

Oxatan – Əgər əvvəlcədən müstəqil şəkildə fəaliyyət göstərməyə qərar versəniz və ətrafdakıların təqdirini, yardımını gözləməsəniz, gün kifayət qədər uğurlu olacaq. Düzdür, “bir nəfər hamıya qarşı” vəziyyətinə qibtə etmək və komfortlu adlandırmaq olmaz. Lakin o, sizə irəliləməyə və öz maraqlarınızı müdafiə etməyə imkan verəcək.

Bu gün zərərli vərdişlərdən imtina etmək sağlamlığınız üçün zərərli olan zəifliklərə yol verməmək tövsiyə olunur. Sevdiyiniz adamla fikir ayrılıqları mümkündür.

Oğlaq – Naz, flirt və xoş ünsiyyət günüdür. Rəhbərlik xatırladacaq ki, işləmək də pis olmazdı. Amma siz işləmək həvəsində deyilsiniz. Günü danışıqlara, o cümlədən, potensial işəgötürənlə görüşə, gələcəklə bağlı planların müzakirəsinə, yaradıcılıq fəaliyyətinə həsr etmək olar. Bir sözlə, adi darıxdırıcı işlərdən başqa istənilən şeylə məşğul olmaq mümkündür.

İndi siz çox zəifsiniz və mənfi təsirə məruz qalmısınız, xoş mühitə ehtiyacınız var. Yanınızda dostcanlı, istənilən an kömək əlini uzatmağa hazır adamlar olmalıdır. Bu mühit sayəsində ovqatınız yüksələcək.

Dolça – Diqqəti cari işlərə yönəldin. Bu gün keçmişin və ya uzaq gələcəyin hadisələri yox, məhz onlar diqqətə layiqdir. Müstəqil fəaliyyət üçün çox əlverişli gündür. Nəzərə alsaq ki, indi kimin dost, kimin düşmən olduğunu müəyyənləşdirmək çox çətindir, sadəcə olaraq, əlaqələri azaltmaq daha məqsədəuyğundur.

Sizdən planlarınızı dəyişməyi, çeviklik və güzəşt tələb edən çətin vəziyyətlər mümkündür.

Balıqlar – Əmr vermək, rəhbərlik etmək istəyi var və bu, alınır. Bədbəxtlikdən, uğur üçün bu kifayət deyil: özünüz də işləməlisiniz. Bu gün bir çox Balıqlar anlayacaqlar ki, yalnız əmək şücaətinə qadir deyillər, həm də bundan zövq alırlar. Bu, son vaxtlar düz yol seçdiyinə şübhə edənlər üçün xüsusilə xoşagələn kəşf olacaq.

Şəxsi həyatda hər şey əla gedəcək. Yaxınlarınız sizin diqqətinizdən məmnun qalacaqlar. (Milli.Az)

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO