Müsahibə 12.09.2019 07:17

Bunları bilirsinizmi?

Ağızdan pis qoxu gəlməsi hansı xəstəliyin əlamətidir?

Ağızdan pis qoxu gəlməsi hansı xəstəliklərdən xəbər verir? Ağız qoxusunun qarşısı necə alınmalıdır?

Rakus.az xəbər verir ki, ağızdan gələn pis qoxu həm insanın özünün, həm də ətrafdakıların narahatlığına səbəb olur.

Mərkəzi Neftçilər Xəstəxanasının (MNX) qastroenteroloqu Anar Salayev e-tibb.az-a bildirib ki, ağrısı, konkret şikayəti olmayan, yalnız ağzından pis qoxu gəlməsinə görə ona müraciət edənlər çoxdur.

Həkimin sözlərinə görə, belə müraciətlər zamanı insanlarda “Helicobacter pylori” bakteriyası aşkarlanır. “Helicobacter pylori” mədənin və onikibarmaq bağırsağın müxtəlif nahiyələrinin selikli qişasında aşkar olunmuş spiralşəkilli patogen bakteriyadır: “Bəzən bu mikrobun müalicəsindən, mədə-bağırsaq patologiyasını aradan qaldırandan sonra ağız qoxusu bir müddət yoxa çıxır, yaxud azalır. Ağızdan pis qoxunun gəlməsinin əsas səbəblərini öyrənmək üçün isə ağız boşluğu xəstəliklərindən tutmuş mədə-bağırsaq xəstəliklərinə qədər hər şey araşdırılmalı, ağız gigiyenasına düzgün nəzarət edilməlidir. Çünki ağız gigiyenasına nəzarət etməyəndə pis qoxu meydana çıxa bilir. Müraciətlər zamanı ilk növbədə xəstədən dişlərinin sağlam olub-olmamağını soruşuruq. Diş əti xəstəlikləri – gingivitlər (damağın selikli qişasının iltihabı prosesi), parodontit, kariyes ağız qoxusuna səbəb ola bilir. Daha sonra dilə, dilin üzərində yığılan ərpə baxılır. Dilin üzərindəki ərp bəzən mikroorqanizmlərin çox yığıldığı əlverişli bir yerdir. Eyni zamanda, boğaz xəstəlikləri – anginalar, tonzillitlər (boğazgəlmə, badamcıqların və boğaz limfoidlərinin iltihablı kəskin infeksion xəstəliyi), mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri də ağız qoxusuna səbəb olur”.

A. Salayev deyir ki, ağızdan gələn pis qoxunun qarşısını almaq üçün ağız boşluğunun gigiyenasına düzgün nəzarət olunmalı, yeməkdən sonra ağız yaxalanmalı, diş təmizliyinə fikir verilməlidir: “Əgər dişlərdə çürük, kariyes, diş əti xəstəlikləri varsa, stomatoloqa müraciət olunmalı, bunlar mütləq aradan qaldırılmalıdır. Qeyd etdiyim kimi, sadaladığım amillər ağızdan pis qoxunun yaranmasına gətirib çıxarır”.

Bəs, dərman preparatlarının qəbulu ilə ağızdan gələn pis qoxunun qarşısını almaq mümkündürmü? Qastroenteroloq vurğulayır ki, bir müddət “Helicobacter pylori” əleyhinə olan antibiotiklər, mədə turşuluğu əleyhinə dərmanların qəbulu, spreydən, saqqızlardan, müəyyən məhlullardan istifadə ağızdan gələn pis qoxunun qarşısını almağa müvəqqəti kömək edir: “Lakin problem kökündən həll olunmalıdır. Bunun üçün isə qastroenteroloq, stomatoloq və lor tərəfindən müayinə aparılmalı, problem aşkarlanmalı və patologiya tam aradan qaldırılmalıdır ki, ağızdan gələn pis qoxunun da qarşısı tam alınsın. Yoxsa dərman qəbulu, spreydən istifadə müvəqqəti xarakter daşıyacaq”.

A. Salayev onu da qeyd edib ki, tütün məhsullarından istifadə də ağızdan pis qoxu gəlməsinə səbəb ola bilir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO