Təhlil 09.09.2019 23:39

Makronun Kreml həmləsi – məhbuslar dəyişdirildi – TƏHLİL - FOTO

Fransa Prezidenti Emmaneul Makron və Rusiya Prezidenti Vladimir Putin arasında Moskvada Fransa-Rusiya əməkdaşlıq şurasının bazar ertəsi iclasından öncə telefon söhbəti baş tutub.

Rakus.az xəbər verir ki, Fransanın Prezident Administirasiyasından verilən məlumata görə, iki lider telefon söhbəri zamanı Ukrayna və Rusiya arasında məhbus mübadiləsini müzakirə edib. Makron və Putin məhbus mübadiləsini müsbət inkişaf kimi qiymətləndirərək, bunun Kiyev və Moskva arasında problemlərin qarşıdan gələn “Normandiya dördlüyü”nün zirvə görüşündə müzakirəsinə stimul verdiyini bildirib. Qrupa Fransa və Rusiya ilə yanaşı, Almaniya və Ukrayna da daxildir.

Fransa prezidentinin ofisindən bildirildiyi kimi, Makron və Putin həmçinin İran ətrafında yaranmış qlobal gərginlikləri də müzakirə edib. Fransa və Rusiya bütün tərəflərin gərginlikərin azaılmasına çalışacağına ümidlərini ifadə edib.

Makron bu yaxınlarda Böyük Yeddiliyin Fransada keçirilən sammitində bildirib ki, Avropa qitəsində Rusiya ilə münasibətlərdəki problemlər həll edilmədən sabitlik və təhlükəsizlik bərqərar olmayacaq. Sammitdən sonra xarici ölkə diplomatları ilə danışan Makron müttəfiqlərin Ukraynada təcavüzə görə Rusiya ilə hər hansı danışıqları rədd etdiyini etiraf edib.

Məlumdur ki, ABŞ Prezidenti Donald Tramp Böyük Yeddliyin sammiti zamanı Rusiyanın qrupa yenidən daxil edilməsi ilə bağlı fikir səsləndirib. Rusiya 2014-cü ildə Ukraynanın Krımı yarımadasını işğal etdikdən sonra elitar qrupdan kənarlaşdırlıb.

Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında məhbus mübadiləsini alqışlayıb və Moskvanı Minsk razılaşmaları çərvəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırıb.

“ABŞ Ukrayna tərəfindən saxlanılan 35 məhbus müqabilində Rusiya tərəfindən 35 ukraynalının azad edilməsi haqqında məlumatları alqışlayır”, – ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqlamasında bildirilir.

View image on Twitter
“Biz dəfələrlə Qara dənizdə Kerç boğazı yaxınlığında 2018-ci ilin noyabrında Ukrayna gəmilərinə hücumdan sonra Rusiya tərəfindən saxlanmış 24 ukraynalı dənizçinin, eləcə də Oleq Sentsov və digər siyasi məhbusların azad edilməsinə çağırmışıq. Biz onların evə qayıtdığı haqda xəbərləri alqışlayırıq.. Biz Rusiyanı Krım tatarları icmasının haqsız olaraq həbs edilmiş üzvləri də daxil olmaqla, bütün başqa ukraynalıları azad etməyə çağırırıq”,- Morqan Ortaqus bildirib.
Dövlət Departamentinin nümayəndəsinin açıqlamasında deyilir ki, Birləşmiş Ştatlar Rusiya və Ukrayna arasında daha aktiv dialoqa işarələri görməkdən məmnunluq duyur.
“Prezident Zelenski Ukraynanın şərqində Rusiyanın təhrik etdiyi münaqişənin diplomatik həllinə sadiq qaldığını açıq bəyan edib. Biz prezident Zelenskinin səylərini dəstəkləyirik və Rusiyanı Minsk razılaşmaları çərvəsində üzərinə götürdüyü öhdəliklərə əməl etməyə çağırırıq”, – ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqusun açıqladığı bəyanatda bildirilir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO