Buffer zonası – Türkiyə 30, ABŞ 14 kilometr istəyir – TƏHLİL - FOTO
Türkiyə və ABŞ hərbi qüvvələri Suriyanın şimal-şərqində “təhlükəsizlik zonası”nın yaradılması planlarının bir hissəsi olaraq, ilk birgə patrul əməliyyatı keçirib.
Rakus.az xəbər verir ki, Ankara qeyri-sabit bölgədə “təhlükəsizlik zonası”nın yaradılmasına çalışır.
Türkiyə 30 kilomertlik “təhlükəsizlik zonası”nın Ankaranın təhlükə hesab etdiyi, lakin ABŞ-ın İŞİD-ə qarşı mübarizədə müttəfiqi olan Suriya kürdlərinin döyüşçülərinin sərhəddə qarşısını alacağına ümid edir.
Kürdlərin başçılıq etdiyi qüvvələr sərhəddən 14 kilometr geri çəkilib, lakin Türkiyə 30 kilometrlik buffer zonasının yaradılmasına çağırır.
Associated Press agentliyinin Tal Abyad şəhərində olan jurnalistləri üzərində Türkiyə bayraqları olan ondan çox zirehli maşının Suriyaya keçdikdən sonra sərhəddə dayandığını, onlardan bir qədər məsafədə olan Amerika hərbi maşınlarının isə gözlədiyini gördüklərini bildiriblər.
Ərazi üzərində iki helikopterin uçduğu haqda məlumat verilib. Türkiyənin Müdafiə Nazirliyi birgə patrul əməliyyatının başladığını təsdiq edib və pilotsuz uçan cihazlardan da istifadə edildiyini bildirib.
Vaşinqton son illər NATO üzrə müttəfiqi olan Türkiyə və İŞİD militantlarınının ərazidən təmizlənməsində tərəfdaşlıq etdiyi kürd döyüşçüləri arasında zorakılıqlara yol verməmək üçün vasitəçilik etməyə çalışıb.
Vaşinqton və Ankara arasında keçən ay əldə edilmiş ilkin razılıq nəticəsində Türkiyə tərəfindən hücum təhlükəsinin qarşısı alınıb. Lakin Ankara və Suriya Demokratik qüvvələri kimi tanınan kürdlərin başçılıq etdiyi qüvvələr arasında razılığın detalları üzərində iş davam etdirilir.
Ölkədə gedən vətəndaş müharibəsi dövründə kürd qüvvələrinin nüfuzunu genişləndirməsinin qarşısını almaq üçün bir neçə dəfə Suriyaya müdaxilə edən Türkiyə keçən il Mənbicdə ABŞ hərbi qüvvələri ilə birgə patrul əməliyyatı keçirmişdi.
Bazar günü patrul əməliyyatı isə ABŞ hərbi qüvvələrinin daha çox sayda mövcud olduğu və təhlükəsilik zonasının bir hissəsi hesab edilən Fərat çayının şərqində ilk birgə patrul əməliyyatıdır.
Türkiyə rəsmiləri ərazini “təhlükəsizlik zonası” adlandırsa da, Vaşinqton və kürdlərin başçılıq etdiyi qüvvələr bunu Suriyanın şimal-şərqində gərginliklərin azaldılmasl üçün yaradılan “təhlükəsizlik mexanizmi” adlandırır.
Türkiyə üçün “təhlükəslik zonası” böyük əhəmiyyət daşıyır, belə ki, Ankara illərdir sığınacaq verdiyi Suriya qaçqınlarının bu ərazidə yerləşdirilə biləcəyinə ümid bəsləyir. Bu prosesin necə baş verəcəyi aydın deyil.