ÖZƏL: Tovuzda faciə anbaan yaxınlaşır
Bu fotolar Tovuzun Əhmədabad kəndində çəkilib. Göründüyü kimi, elektrik ötürücü dirəklər tamamilə çürüyüb, qəzalı vəziyyətdədir.
Rakus.az-ın məlumatına görə, vəziyyətdən Tovuz rayon Elektrik Şəbəkəsi də xəbərdardı. Belə ki, kənd sakini Aynurə Tağıyeva məsələ ilə bağlı idarəyə 2016-cı ilin avqustundan şikayət ərizəsi ilə müraciət edib. O vaxtdan idarə bu gün-sabah dirəklərin dəyişdiriləcəyinə başlayacağını bildirir. Ancaq ortada nə iş görən var, nə də yeni dirəklər. Evlərin həndəvərində yer alan dirəkləri isə yerli sakinlər məftil və iplərlə ağaclara bərkitməyə çalışıblar. Qış fəslinin gəlişi ilə vəziyyət daha da çətinləşir, faciə isə anbaan yaxınlaşır…
Bəs faciəvi hadisə baş verərsə, bunun məsuliyyətini kim daşıyacaq? Evlərə elektirik satışına cavabdeh olan qurum niyə təhlükəsizliklə bağlı işləri yubadır?
Qeyd: Araşdırmamızı davam etdirəcəyik.