Qanvermə aksiyaları başa çatdı
Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə Aşura günü keçirilən könüllü qanvermə aksiyaları başa çatıb.
Rakus.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, saat 18:00-a olan məlumata əsasən 5 809 nəfər könüllü olaraq qan verib. Bu şəxslərdən 2 min 614.1 litr qan tədarük olunub.
Qeyd edək ki, qanvermə aksiyalarına saat 09:00-da start verilib. Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, aksiyalar Bakı şəhəri üzrə Binəqədi rayonu “İmam Əli məscidi”, Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”, Nəsimi rayonu “Əjdər bəy” məscidi (mərasim zalı) və 20 saylı şəhər poliklinikası, Nizami rayonu “Şah Abbas” məscidi, “Sahibəzzaman” məscidi , Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı” məscidi, “İmam Rza” məscidi, Səbail rayonu “Bibiheybət” məscid ziyarətgahı və İçəri şəhər “Cümə məscidi”, Suraxanı rayonu “Qaracuxur” məscidi, Yasamal rayonu “Təzə pir” məscidi, “Hacı Soltanəli” və Hacı Cavad” məscidində, Gəncə şəhəri “İmamzadə” kompleksi , Lənkəran şəhər Böyük bazar “Cümə” məscidi, Mingəçevir şəhəri “Heydər” məscidi, Sumqayıt şəhər “Cümə” məscidi, Şəki şəhəri “İmam Əli” məscidi, Mərkəzi Qan bankının Şirvan bölməsi və Şirvan şəhər məscidi, Ağcabədi Mərkəzi rayon xəstəxanası, Beyləqan Mərkəzi rayon xəstəxanası, Bərdə rayonu “Bərdə İmamzadəsi”, Biləsuvar rayonu “Cümə” məscidi (mərasim zalı), Cəlilabad Mərkəzi rayon Xəstəxanası, Göyçay şəhəri “Əbülfəzlil Abbas” məscidi, Xaçmaz şəhər Məscidi, Qan bankının Quba bölgəsi, Masallı şəhər Cümə məscidi, Salyan şəhəri Hacı Tağı məscidinə keçirilib.